Deputat: Xarici ticarətdə dəyişikliklər ilin sonunda daha aydın görünəcək

Deputat: Xarici ticarətdə dəyişikliklər ilin sonunda daha aydın görünəcəkBu ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 6 milyard 264 milyon ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, 2024-cü illə müqayisədə 29,7% azdır.
Bu dövr üzrə ixracın həcmi 23,1% azalaraq 3 milyard 665. milyon dollar təşkil edib. İdxal da 37,2% azalaraq 2 milyard 599 milyon dollara bərabər olub.
Milli Məclisin deputatı Vüqar Bayramov azxeber.com-a açıqlamasında deyib ki, xarici ticarətin həcminə illik əsasda baxmaq lazımdır:
Deputat: Xarici ticarətdə dəyişikliklər ilin sonunda daha aydın görünəcək"Xarici ticarətin həcminə bir neçə aylıq deyil, illik əsasda baxılması vacibdir. Çünki xarici ticarətdə elə hallar olur ki, bəzi aylarda azalma, digər aylarda isə artım müşahidə edilir. Ona görə də illik göstəricilər daha önəmlidir və 2026-cı ilin yekununda 2025-ci illə müqayisədə xarici ticarətdə hansı dəyişikliklərin baş verdiyi daha aydın görünəcək".
Deputat vurğulayıb ki, ixracın azalmasının bir neçə səbəbləri mövcuddur:
"Təbii ki, ilin ilk aylarında xarici ticarətin həm ixrac, həm də idxalında azalmanın öz səbəbləri var. İxrac birbaşa enerji məhsullarının qiymətləri ilə bağlı olduğuna görə, yanvar-fevral aylarında bu məhsulların qiymətlərində ciddi artım müşahidə olunmadı. Orta qiymət təxminən 65 dollar səviyyəsində qaldı. Bu da neft satışından əldə edilən gəlirlərə və ümumilikdə ixracın həcminə təsir göstərdi". 
Parlamentari vurğulayıb ki, idxalın azalması  əsasən mövsümi amillərlə bağlıdır:
"Adətən ilin əvvəlində idxala tələb aşağı olur. Lakin mart ayının ikinci yarısından etibarən idxala tələbin artması müşahidə edilir. Ümumilikdə, ilin ikinci yarısında idxalın daha da artacağı gözlənilir. Bu baxımdan idxalın azalması birbaşa mövsümi faktorlarla izah olunur.Nəticə etibarilə, ilin yekununda xarici ticarət balansının necə dəyişəcəyi daha dəqiq məlum olacaq".
Şahanə Ziyad

İqtisadiyyat       Tarix: 22 mart 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit

44 gün Azərbaycan xalqının tarixində qürurla xatırlanan günlərdir. Yelo Bank bu münasibətlə Zəfər Gününü müştərilərinə faydalı və yadda qalan bir təklifə çevirir! Noyabr ayının sonunadək rəsmiləşdirilən kreditlər üzrə so

Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!  

Azercell-in 30 illik yubileyinə həsr olunan "30 il səninlə" lotereyası davam edir. Abunəçilərə dəyərli hədiyyələr qazanmaq fürsəti yaradan lotereya çərçivəsində fakturalı xətt abunəçiləri qarşıdakı tirajlarda ümumilikd

Gürcüstanın Azərbaycandan soğan idxalına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 6,5 milyon ABŞ dolları dəyərində 26 min 423 ton soğan (təzə və ya soyudulmuş) idxal edib. -un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığ

Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir

Azercell gənc qadınların informasiya və kommunikasiya texnologiyaları sahəsində inkişafına və gələcək karyera imkanlarının genişləndirilməsinə yönəlmiş "Uğur qızlarımızındır" təşəbbüsünü davam etdirir. Təşəbbü

İCMA Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda təmsil olunub

5–6 noyabr tarixlərində Gəncə şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə IV QHT Əməkdaşlıq Forumu keçirilib. "Şəhərsalma və Memarlıq İli"nə həsr olunan forumda ölkəni

"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizmin tətbiqi nəzərdə tutulur. Belə ki, yeni mexanizmə əsasən, işçilərə əməkhaqqı və digər ödənişlərin elektron sistem vasitəsilə həyata keçirilməsi planlaşdırılır

PAŞA Bank "ZirvədəSən 2026" Təcrübə Proqramına yekun vurdu - FOTOLAR

PAŞA Bankın gənclərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi "ZirvədəSən 2026" Təcrübə Proqramı başa çatıb. Noyabrın 3-də ADA Universitetində keçirilən bağlanış mərasimində proqram iştirakçıları, mentorlar

Müasir bankçılıq gündəlik həyatı necə asanlaşdırır?

Gündəlik həyatda maliyyə əməliyyatlarının sürətli və rahat olması artıq hər zamankından daha vacibdir. İnsanlar alış-veriş edərkən, ödənişlərini planlaşdırarkən, pul köçürərkən və şəxsi büdcələrinə nəzarət edərkən daha prakti

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir. Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixind


yeni xeberler son xeberler azerbaycan xeberleri hava durumu krimnal xeber xeberler xeberlər