Deputatdan Kamran Əliyevin baş prokuror təyin edilməsinə MÜNASİBƏT

Deputatdan Kamran Əliyevin baş prokuror təyin edilməsinə MÜNASİBƏTDeputatdan Kamran Əliyevin baş prokuror təyin edilməsinə MÜNASİBƏT
"Kamran Əliyev olduqca peşəkar, hərtərəfli və çox hazırlıqlı insandır".
Bunu Oxu.Az-ın müxbiri ilə söhbətində Vətəndaş Birliyi Partiyasının sədri, deputat Sabir Hacıyev Kamran Əliyevin Baş prokuror təyin edilməsinə münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, K.Əliyev prokurorluq orqanlarında hər sahədə çalışıb. S.Hacıyev xatırladıb ki, K.Əliyevin beynəlxalq aləmdə fəaliyyəti də ona əlavə təcrübə və biliklər qazandırıb.
"Mən əminəm ki, prokurorluq sistemi bundan sonra daha da təkmilləşəcək. Kamran Əliyev Milli Məclisin iclasında çıxış edərkən prokurorluq orqanları qarşısında duran vəzifələrə və qarşıya qoyulan məqsədlərə toxundu. Kamran Əliyevin cənab Prezident tərəfindən videoformatda qəbulu zamanı ölkə başçısı ona tapşırıqlar, tövsiyələr verdi. Cənab Prezident dedi ki, prokurorluq orqanları rüşvətxorluq və korrupsiyaya qarşı mübarizədə ön sıralarda olmalıdır və qanunun aliliyini təmin etməlidir", - deyə S.Hacıyev əlavə edib.
Onun fikrincə, K.Əliyevin baş prokuror vəzifəsinə təyinatı Azərbaycan dövləti, xalqı üçün mühüm bir addımdır.
"İnanıram ki, bundan sonra Azərbaycanda insan hüquq və azadlıqlarının təmini, qanunun aliliyinin rəhbər tutulması istiqamətində daha da effektiv addımlar atılacaq. Bilirsiniz ki, yeni Baş prokuror həm də Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. Buna görə də Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi gözlənilir".
Qeyd edək ki, mayın 1-də Prezident İlham Əliyev Kamran Əliyevin Baş prokuror təyin edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Kamran Əliyev Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Aqşin Kərimov

Siyasi       Tarix: 02 may 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Hörmüz boğazında neft tankerlərinə hücum edilib

Sentyabrın 29-da Hörmüz boğazından Liberiya bayrağı altında keçən üç neft tankerinə naməlum qüvvələr tərəfindən mərmilərlə zərbə endirilib. xəbər verir ki, bu barədə "Marisks" gəmiçilik analitikası xidmətinə istinadl

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbərlər xeber dunyada son xeberler son xeberler azerbaycan