Deputatlığa namizəd Könül Nurullayeva növbəti görüşlərini keçirib - FOTO
Deputatlığa namizəd Könül Nurullayeva növbəti görüşlərini keçirib - FOTO
24 saylı Nizami Birinci seçki dairəsindən fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəd Könül Nurullayeva bu gün növbəti görüşlərini Keşlə qəsəbəsinin M.H Kazımov, A.Mirzəyev və Zakir küçələrinin sakinləri ilə keçirib.
Seçiciləri ilə səmimi söhbət edən K.Nurullayeva seçiləcəyi təqdirdə həyata keçirəcəyi işlər, planları barədə ətraflı məlumat verib.
O qeyd edib ki, millət vəkili olaraq bütün seçiciləri üçün əlçatan olacaq və hər zaman ona göstərilən etimadı doğrultmağa çalışacaq. Paralel olaraq seçicilərlə ünsiyyəti yaxın etmək, onların müraciətlərini qəbul etmək üçün maraqlı təşəbbüslə çıxış edib və onları seçiləcəyi təqdirdə ilk işlərin sırasına aid edəcək.
Seçicilər isə K.Nurullayevanı tanıdıqlarını, gənclərlə iş, idman sahəsində fəaliyyətini yüksək qiymətləndirdiklərini bildiriblər. Həmçinin, görüş iştirakçıları könüllü şəkildə fəal təbliğat-təşviqat kompaniyasına qoşulacaqlarını da əlavə ediblər.
Öz növbəsində K.Nurullayeva böyük bir komanda ilə prosesə qatıldıqlarını və müxtəlif sosial sorğular keçirərək insanları narahat edən problemləri araşdıraraq bildiklərini diqqətə çatdırıb, eyni zamanda müşahidə edilən problemləri aktiv şəkildə dövlət orqanları qarşısında qaldıracağını və yerli icra hakimiyyəti orqanları ilə onların həlli üçün çalışacaqlarını da xüsusi vurğulayıb.
Xatırladaq ki, 24 saylı Nizami Birinci seçki dairəsindən namizəd Könül Nurullayeva 1985-ci ildə Bakı şəhərində anadan olub. Olimpiya İdman hərəkatında aktiv iştirak edərək Azərbaycanı bir çox mötəbər tədbirlərdə uğurla təmsil edib və hazırda da daşıdığı bu şərəfli missiyanı davam etdirməkdədir.





Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı