Dərbənddə xəstəxananın infeksiya şöbəsinin tibb bacıları belə müalicə olunur - QALMAQALLI VİDEO
Dərbənddə xəstəxananın infeksiya şöbəsinin tibb bacıları belə müalicə olunur - QALMAQALLI VİDEO
Dağıstanın Dərbənd şəhərindəki xəstəxanalardan birində tibb işçilərinin paltarqurutma otağında müalicəsi ilə bağlı videogörüntülər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.
"İnterfaks"ın məlumatına görə, xəstəxananın baş həkimi artıq infeksiya şöbəsinin müdirini işdən çıxarıb.
Kadrlarda kiçik otaqda üç yaruslu çarpayılarda uzanan tibb bacıları əks olunub. Videonun müəllifinin sözlərinə görə, əvvəllər bura xəstəxananın paltarqurutma otağı olub, indi isə tibb işçilərinə burada sistem qoyulur. O vurğulayıb ki, otaq soyuqdur, xəstələrin isə temperaturu yüksəkdir.
Dağıstan Səhiyyə Nazirliyi məsələ ilə əlaqədar bildirib ki, tibb bacıları koronaviruslu xəstələrlə işləməyib.
"Qadınların özlərində də COVID-19 əlaməti müşahidə edilməyib. Tibb bacılarında KRVİ (kəskin respirator virus infeksiyaları) aşkarlanıb. Onlar kompüter tomoqrafiyasından keçiblər… Qadınlar özlərini yaxşı hiss edirlər, həkim nəzarəti altındadırlar".
O da vurğulanıb ki, tibb bacıları hazırda rahat şəraiti olan otağa köçürülüblər.
Son məlumata görə, Dağıstanda 417 nəfər koronavirusa yoluxub. Onlardan 43-ü sağalıb, 11-i isə ölüb. /oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb