Derimod-un "Vision 2030" yolunda yeni mərhələ: Bakı

Derimod-un Türkiyənin dəri gödəkçə, ayaqqabı və çanta kateqoriyalarında bazar lideri olan Derimod 50 ildən artıq brend tarixini və pərakəndə satış təcrübəsini beynəlxalq böyümə strategiyasına daşıyır.
"Vision 2030" strategiyası çərçivəsində Azərbaycanı prioritet bazarlarından biri kimi müəyyənləşdirən brend Bakıda fəaliyyət göstərən dörd mağazası ilə yeni mərhələyə qədəm qoyur.
Türkiyədə formalaşdırdığı güclü brend imicini, məhsul çeşidini və əməliyyat təcrübəsini seçici və nəzarətli böyümə yanaşması ilə xarici bazarlara daşıyan Derimod Azərbaycanı mədəni yaxınlıq, oxşar istehlak vərdişləri və yüksək brend tanınması səbəbindən strateji bazarları sırasında görür.
Bakının Gənclik Mall, Crescent Mall, Dəniz Mall və City Park Mall ticarət mərkəzlərində yerləşən dörd mağazası ilə öz pərakəndə satış şəbəkəsini quran Derimod bu investisiyanı tamamilə öz vəsaiti hesabına həyata keçirib.
Derimod-un Türkiyədə formalaşdırdığı mağazaçılıq standartlarını və müştəri təcrübəsini azərbaycanlı istehlakçılara təqdim edən brend dəri gödəkçə, ayaqqabı və çanta kateqoriyalarındakı geniş kolleksiyası ilə müxtəlif zövq və ehtiyaclara cavab verir.
Zamansız dəri dizaynlarını müasir moda anlayışı ilə birləşdirən Derimod keyfiyyət, zəriflik və qiymət balansını ön planda saxlayaraq Azərbaycan bazarında davamlı brend mədəniyyəti formalaşdırmağı hədəfləyir.
Yeni mövsüm kolleksiyaları və mağazaları ilə Bakıdakı mövqeyini gücləndirən brend modaya və keyfiyyətə önəm verən istehlakçılara yüksək səviyyəli alış-veriş təcrübəsi təqdim etməyi qarşısına məqsəd qoyub.
Derimod-un Derimod-un İcraiyyə Şurasının sədri Murat Zaim Azərbaycana yatırılan investisiyalarla bağlı açıqlamasında bildirib:
"Derimod olaraq beynəlxalq böyümə yolumuzda yeni mərhələnin qapılarını Bakıda açırıq. Azərbaycanı yalnız yeni mağazalar açacağımız bazar kimi deyil, uzunmüddətli dəyər yaradacağımız və güclü brend mədəniyyəti formalaşdıracağımız strateji mərkəz kimi görürük.
Bizim üçün xaricdə böyümək Türkiyədəki investisiyalarımıza alternativ deyil. Bu, 50 ildən artıq müddətdə formalaşdırdığımız gücü yeni coğrafiyalara daşımağın bir yoludur.
Bu səbəbdən prioritetimiz sürətlə böyümək deyil, düzgün biznes modeli quraraq davamlı uğur əldə etməkdir.
İnanırıq ki, "Vision 2030" çərçivəsində atdığımız bu addım Derimod-un regional miqyasda daha güclü brendə çevrilməsində mühüm rol oynayacaq".
Derimod-un Derimod Bakını yalnız Azərbaycan bazarının mərkəzi kimi deyil, həm də yaxın regionlarda yaranacaq böyümə imkanları baxımından strateji mərkəz olaraq qiymətləndirir.
Türkiyədən gələn təcrübəli əməkdaşlarını yerli bazarı yaxından tanıyan komandalarla birləşdirən brend hazırda təxminən 30–35 nəfərlik heyətlə fəaliyyətini davam etdirir.
"Vision 2030" hədəflərinə uyğun olaraq, onlayn alış-veriş infrastrukturu ilə dəstəklənən 10 mağazalıq şəbəkənin qurulması və işçi sayının təxminən 100 nəfərə çatdırılması planlaşdırılır.
Derimod-un əsas prioriteti yalnız mağazaların sayını artırmaq deyil. Brend öz mövqeləndirməsinə, zəngin kolleksiyalarına və mağazacılıq təcrübəsinə uyğun strateji məkanlarda dayanıqlı böyüməni təmin etməyi qarşısına məqsəd qoyur.
Türkiyədə 50 ildən artıqdır davam edən Derimod hekayəsi indi Bakıda yeni mövsüm kolleksiyaları, yeni mağazalar və yeni hədəflərlə böyüməyə davam edir.
Derimod-un Derimod-un Derimod-un Derimod-un Derimod-un Derimod-un Derimod-un Derimod-un Derimod-un Derimod-un

/ azxeber.com

İqtisadiyyat       Tarix: 15 oktyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Kənd yumurtası niyə bahalaşır? - İqtisadçı açıqladı

Xəbər verdiyimiz kimi, Azərbaycanda kənd yumurtasının qiymətində artım müşahidə olunur. Hazırda bazarda ən ucuz kənd yumurtası Cəlilabaddan gətirilən yumurtadır. Onun bir ədədinin qiyməti 30 qəpikdir. Ümumilikdə isə kən

Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ

Dünya bazarında qızılın qiymətinin 2027-ci ildə hansı səviyyəyə çatacağı ilə bağlı fərqli proqnozlar səsləndirilir. Bir sıra beynəlxalq maliyyə qurumları qiymətlərin yüksələcəyini gözləyir. Proqnozlarda qızılın bir troy

AccessBank tender elan etdi

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətrafl

Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi - Ətraflı

"City Garden Narimanov" yaşayış kompleksində tikintisi davam edən mənzillər üçün satış şərtləri yenilənib. Bakının Nərimanov rayonunda, şəhərin əsas nəqliyyat və kommunikasiya xətlərinə yaxın ərazidə inşa oluna

Dünya bazarında qızılın qiyməti artıb

Dünya birjalarında qızıl dolların zəifləməsi və neftin qiymətinin düşməsi fonunda yüksəlib. Birjalarda spot qızıl 0,3 faiz bahalaşaraq 1 unsiya üçün 4206,01 dollara çatıb, dekabr ayı üçün ABŞ qızıl fyuçersləri də 0,3 fai

Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Unibank KB və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birgə təşkilatçılığı ilə Ticarətin Sürətləndirilməsi Proqramı çərçivəsində "Xarici Ticarətin Maliyyələşdirilməsi" mövzusunda maarifləndirmə tədbiri keçirilib

Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb

Görüşdə Azərbaycanın rəqəmsal ekosisteminin inkişafı, süni intellekt dövründə telekommunikasiya sektorunda baş verən dəyişikliklər və qadınların texnologiya sahəsində liderliyi müzakirə olunub. Azercell-in baş icraçı direktor

Pensiya artımları ilə bağlı - AÇIQLAMA

Bu ilin 9 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (548 milyon manat) çox olmaqla 5 milyard 874 milyon manat vəsait yönəldilib. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məluma

PASHA Bank Georgia-nın Müşahidə Şurasında yeni təyinatlar

2 oktyabr 2026-cı il tarixində PAŞA Bankın Müşahidə Şurasının sədri Şahin Məmmədov PASHA Bank Georgia-nın Müşahidə Şurasının sədri, PAŞA Bankın İdarə Heyətinin üzvü və baş risk inzibatçısı Pərvin Əhədzadə isə Müşahidə Şurasını


azerbaycan xeberleri yeni xeberler son xeberler ən son xəbərlər ən son xəbər zelzele sonxəbər