Dərmandan daha yaxşı təsir edən 4 sağlamlıq qaydası

Dərmandan daha yaxşı təsir edən 4 sağlamlıq qaydası"Rəngarəng meyvə və tərəvəzlər, xüsusilə çuğundur, eləcə də paxlalı bitkilər özündə çox miqdarda fitonitrient ehtiva edir ki, bu da öz növbəsində qaraciyərin güclənməsinə kömək edir".
Milli.Az xəbər verir ki, bu sözləri Klivlend Xəstəxanasının həkimi, naturopat Kristin Kirkpatrik qaraciyər Sağlamlığı haqqında danışarkən deyib. Mütəxəssis qaraciyər sağlamlığı haqqında 4 vacib tövsiyəni bölüşüb:
Meyvə-tərəvəz
"Sağlam pəhriz sayəsində detoksifikasiyanı dəstəkləyən ferment sistemləri qaraciyərin zərərsizləşdirilməsini dəstəkləyə bilər. Bu, həkimlərin Aralıq dənizi pəhrizini tövsiyə etməsinin səbəblərindən biridir. Paxlalı bitkilər, meyvə və tərəvəz bolluğu Aralıq dənizi pəhrizinin ayrılmaz hissəsidir".
Yeməkləri sarımsaq və zeytun yağında bişirin
"Demək olar ki, yediyiniz hər şeyə sarımsaq əlavə etməklə qaraciyərə böyük fayda verirsiniz. Həm sarımsaq, həm də zeytun yağı ümumi sağlamlığı yaxşılaşdırır. Bu da qaraciyərin daha səmərəli işləməsinə kömək edir.
Qidalandırıcı maddələr, minerallar və amin turşular ilə zəngin pəhriz qaraciyərin işini yaxşılaşdırır. Sarımsaq kükürdlü birləşmədir, odur ki, konyuqasiyanın ikinci mərhələsindəki prosesləri dəstəkləyir" , - deyə mütəxəssis əlavə edib. O, çox miqdarda meyvə-tərəvəz, həmçinin balıq ilə rəngarəng pəhrizin vacibliyini vurğulayıb.
Çili istiotu ilə yeməyə ləzzət qatın
"Bir araşdırmada məlum olub ki, kapsaisinlə zəngin olan çili bibəri qaraciyər xəstəliyi olan insanlara xeyirdir. Odur ki, yemək bişirərkən istiot əlavə edin".
Şəkərdən çəkinin
"Şəkər qaraciyər üçün bəlkə də ən böyük təhlükədir. Qaraciyər şəkər mübadiləsində əhəmiyyətli rol oynayır, şəkərin düzgün metabolizə edilməməsi və parçalana bilməməsi qaraciyərə zərər verir. Qaraciyəri yaxşılaşdıran qidalar bütövlükdə bədənin vəziyyətini yaxşılaşdırmaq üçün tövsiyə edilən rasiondan fərqlənmir.
Bədənə istirahət vermək üçün detoksifikasiya edə bilərsiniz. Burada söhbət detoksifikasiyanı sürətləndirmək üçün qida və əlavələrdən istifadə etməkdən getmir. Tərəvəzlərə diqqət yetirin, alkoqol və qablaşdırılmış qidalardan qurtulun, lazımsız dərmanları minimuma endirin, bədənin lazımi su ehtiyacını ödəyin. Bu strategiya eyni zamanda digər orqanların da detoksifikasiyasını əhatə edir". (publika.az)
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 27 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız


yeni xeberler son xeberler azerbaycan xeberleri az xeber cebheden xeber kriminal xeberler xeber.az son xeberler