Uşaqların xəstələnməsinin səbəbi yediyi qidalar ola bilər

Uşaqların xəstələnməsinin səbəbi yediyi qidalar ola bilərSon dövrlərdə artan allergiya halları yalnız böyüklərə deyil, uşaqlara da mənfi təsir edir.
KONKRET.azpravda.az-a istinadən bildirir ki, günümüzün xəstəliklərindən biri olan allergiyalar sadəcə mövsüm dəyişiklikləri, toz və heyvan tükləri kimi amillərlə deyil, uşaqların istehlak etdiyi bəzi qidalarla da əlaqədar ola bilər.
Qida allergiyası nədir?
Qida allergiyası uşağın istehlak etdiyi qidaların dərisi, tənəffüs yolu və ya bağırsaqları vasitəsilə bədənində reaksiyalar yaratmasıdır. Bu allergiyalar, adətən, bağırsaq və həzm sistemi üzərində təsirini göstərir və əlamətlərini büruzə verir. Bəzi hallarda isə dəridə eqzema, bronxial allergik xəstəliklər kimi reaksiyalar meydana gələ bilər. Uşaqlarda qida allergiyası, bəzən adi insanlarda heç bir problem yaratmayan qidalara qarşı həddindən artıq həssaslıq nəticəsində ortaya çıxır.
Ən çox 3 yaşından sonra baş verən bu allergik reaksiyalar yanaqlarda səpki və dərinin quruması ilə özünü göstərir. Uşaqlarda ən çox rast gəlinən allergiyalar inək südünə qarşıdır. Ailədə allergiya problemi olan uşaqlar daha yüksək risk altındadır.
Uşağımda qida allergiyası olduğunu necə anlayaram?
Qida allergiyasının diaqnozu hər zaman asan olmur və diqqət tələb edir. Xüsusilə, uşağa yeni qida verildikdən sonra hər hansı qeyri-adi bir əlamət müşahidə edilirsə, allergiya şübhəsi yaranmalıdır. Qida allergiyasının əsas əlamətləri bunlardır:
Ümumilikdə bədəndə şişlik, qaşıntı və nəfəs darlığı,
Ağız ətrafında qızarıqlıq,
Ciddi qarın ağrısı və narahatlıq,
Qanlı ishal, qəbizlik və ya qusma,
Dəridə qaşıntı, quruluq və yara,
Bəzi hallarda reflü,
Şiddətli ağlama, hətta ağır hallarda ürək dayanması.
Uşaqlarda hansı qidalar allergiyaya səbəb olur?
Uşaqlarda ən çox rast gəlinən qida allergiyaları inək südü, yumurta, quru meyvələr və dəniz məhsullarına qarşıdır. Xüsusilə süd və süd məhsulları bir çox ölkədə allergiyaya səbəb olan qidalardır. Təhlükəsizliyi təmin etmək üçün istifadə edilən qidaların tərkibi diqqətlə oxunmalı və araşdırılmalıdır. Hər hansı bir qida allergiyasının baş verməsi halında, həmin qidadan tamamilə uzaq durulmalıdır.
Qida allergiyasının diaqnozu və müalicəsi
Qida allergiyasının diaqnozu uşağa və reaksiyalarına əsasən müəyyən edilir. Bəzi uşaqlar bir damla süd içərək ciddi reaksiyalar verə bilər, bəziləri isə yalnız dəridə kiçik səpkilər və ya qızarıqlıq ilə qarşılaşar. Bu səbəbdən, valideynlər uşaqlarının qida qəbulunu və sonra baş verəcək reaksiyaları diqqətlə izləməli, hər hansı allergik əlamət müşahidə etdikdə həkimə müraciət etməlidirlər.
Müxtəlif tibbi testlər nəticəsində allergiyaya səbəb olan qidalar dəqiq müəyyənləşdirildikdən sonra uşağın bu qidalardan mütləq şəkildə uzaq tutulması lazımdır. Allergiyanın şiddətinə görə sadə allergiya siropları və ya inyeksiya ilə müalicə tətbiq edilə bilər.
Qeyd: Uşaqlarınızda hər hansı bir qida allergiyasının baş verdiyini düşünürsünüzsə, ən qısa zamanda mütəxəssis həkimə müraciət etməyiniz vacibdir. Bu, uşağınızın sağlamlığını qorumağa kömək edəcək.

Sağlamlıq       Tarix: 10 aprel 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir


son xeberler azerbaycan xeberleri yeni xeberler maraqlı xəbərlər hava durumu xeberler bu gun dunya xeberleri