Bu kişilərin oğlu olmur

Bu kişilərin oğlu olmurKörpənin cinsiyyəti ana bətnində mayalanma zamanı müəyyən olunur və bu, tamamilə atanın spermatozoidindəki xromosomdan asılıdır. Qadının yumurta hüceyrəsində yalnız X xromosomu olur. Kişi isə həm X, həm də Y xromosom daşıyan spermatozoidlərə sahibdir. Əgər yumurta hüceyrəni Y xromosomlu spermatozoid mayalandırarsa, oğlan, X xromosomlu spermatozoid mayalandırarsa, qız uşağı dünyaya gəlir.
KONKRET.az Milli.az-a istinadən xəbər verir ki, elmi araşdırmalar sübut edir ki, Y xromosomlu spermatozoidlər daha kiçik və yüngül olduqları üçün daha sürətli hərəkət edirlər. Lakin bu sürət onlara uzun ömür vermir – ətraf mühitə qarşı daha həssasdırlar və əsasən turş mühitdə uzun müddət yaşaya bilmirlər. X xromosomlu spermatozoidlər isə daha davamlı və dözümlüdürlər.
Məhz bu xüsusiyyətlərə görə bəzi kişilər müəyyən həyat tərzinə və vərdişlərə görə oğlan övladı sahibi olmaqda çətinlik çəkə bilirlər. Məsələn, siqaret çəkmək, davamlı olaraq isti mühitdə işləmək, sıx alt paltar geyinmək, əsasən bitki mənşəli qidalarla qidalanmaq Y spermatozoidlərin sayını və gücünü azalda bilər. Nəticədə oğlan uşağı doğulma ehtimalı aşağı düşür.
Bundan başqa, cinsi əlaqənin vaxtı da rol oynayır. Əgər bu, ovulyasiyadan 2-4 gün əvvəl baş veribsə, turş mühit üstünlük təşkil etdiyindən Y spermatozoidlər tez tələf ola bilər və X-lar üstünlük qazanaraq qız övladına səbəb ola bilər. Həftədə bir dəfə və ya daha az cinsi əlaqə də eyakulyatda X xromosomlu spermatozoidlərin çoxalmasına səbəb olur.
Əksinə, ovulyasiya vaxtına yaxın və ya həmin gün baş verən əlaqələrdə Y xromosomlu spermatozoidlər daha sürətli hərəkət etdiklərindən, onların yumurtaya çatma ehtimalı yüksəlir. Əgər qadın cinsi əlaqə zamanı orqazm yaşayırsa, uşaqlıq yolunun pH səviyyəsi qələviyə yaxınlaşır ki, bu da Y spermalarının daha uzun yaşamasına və oğlan ehtimalının artmasına səbəb olur.
Beləliklə, oğlan və ya qız övladı sahibi olmaq bəzən həyat tərzindən, cinsi münasibətlərin tezliyindən və vaxtından da asılı ola bilər.

Sağlamlıq       Tarix: 21 aprel 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən video xeber az son xeberler bu gun xeberlər