Ekspert "həyəcan təbili çaldı": "Pəhriz zamanı bu qidalardan uzaq durun, əks halda..."
Artıq çəkidən azad olmaq üçün ən yaxşı vasitələrdən biri də pəhrizdir. Əsas prinsip kalori qəbuluna nəzarətdir. Bu nəzarət düzgün edildikdə artıq çəkidən azad olmaq mümkündür. Lakin bunun üçün sağlam qidalanma həyat tərzinə çevrilməlidir.
Maraqlıdır, pəhriz zamanı hansı qidalardan istifadə etmək olar?
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov KONKRET.az-a açıqlamasında bildirib ki, köklükdən əziyyət çəkən insanlar müxtəlif pəhrizləri tətbiq edərək arıqlamağa çalışırlar. Burada bir neçə vacib məqam var.
"Öncə arıqlamaq istəyirsinizsə, birdən-birə çox çəki itirməkdən çəkinin. Bu daha artıq kökəlməyə səbəb olur. Pəhriz tətbiq edərkən hansı qidaların rasionda olub-olmamağını bilmək lazımdır.
Bu qidaları təkcə pəhriz zamanı yox, ümumiyyətlə, rasionunuza daxil etməyin. Fast food qidaları, çipslər, duzlu və yağlı atışdırmalıqları, işlənmiş ət məhsullarını (kolbasa və sosiska), hazır hər cür qidanı, duru yağları (qarğıdalı, günəbaxan), şəkəri, marqarini, un məhsullarını, şirniyyatları, paketlənmiş qidaları, hazır meyvə sularını, qazlı və şəkərli içkiləri mütləq rasionunuzdan çıxarın.
Bəs bunların əvəzinə hansı qidaları qəbul etməliyik?
"Çox yağlı olmayan ət, toyuq və balıq, yumurta, normasında və mövsümündə meyvə və tərəvəzlər, paxlalılar, müxtəlif yağlı tumlar, toxumlar (qoz, fındıq, badam, balqabaq tumu), təbii kərə yağı və sair məhsullar istifadə etmək mümkündür. Təbii ki, burada əsas məsələ qəbul etdiyimiz hər bir qidanın miqdarına diqqət etməyimizdir. O zaman tutduğumuz pəhriz istədiyimiz nəticəni verəcək. Sağlam qidalanaraq sağlam yaşamağı öyrənməliyik".
Aynurə İsmayıl
KONKRET.az

Milyarder səkkiz ay ərzində sərvətini itirdi
Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"
Sabiq vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
Valyuta bazarında son vəziyyət
Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub
Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır
Yeni il ərəfəsində bu məhsullar BAHALAŞA BİLƏR – Ekspertdən XƏBƏRDARLIQ
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı
Lamin Yamal Bakıya gəlməyəcək - Qərar
Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirdi
"Barselona" "Sabah"la oyun üçün Bakıya onları gətirir
"Sabah" – "Barselona" oyununun hakimləri bilindi
Putin və Si ABŞ-ın qaraciyərini yemək istəyirlər
Trampın adamı Bakıda: Əliyev telefon zəngində bunu xüsusi vurğulayıb, lakin…