"Bu, insan həyatı üçün təhlükədir" - Həkimdən XƏBƏRDARLIQ
"Havada rütubət və temperaturun dəyişməsi insan orqanizminə müxtəlif təsirlər göstərir. İnsan bədənində ağciyərlərdən sonra ikinci dərəcəli tənəffüs sistemi dəri hesab olunur. Dəri oksigenin udulmasında iştirak edir və müəyyən səviyyədə "nəfəs alır". Ətraf mühitdə rütubət səviyyəsi yüksək olduqda, dərinin tənəffüs funksiyası zəifləyir. Bu isə orqanizmdə maddələr mübadiləsinin pozulmasına, müxtəlif dəri xəstəliklərinin və ümumi narahatlıqların yaranmasına səbəb ola bilər".
Bu fikirləri KONKRET.az-a açıqlamasında həkim terapevt Rasif Bağırov səsləndirib.
"Temperatur dəyişikliyi də orqanizmə müxtəlif şəkildə təsir göstərir. Temperaturun kəskin şəkildə yüksəlməsi və ya enməsi insan dərisinə birbaşa təsir edir. Kontinental iqlim şəraitində yaşayan insanlarda dərinin rəngi adətən daha tünd olur. Bu, həmin ərazilərdə gündüzlər yüksək, gecələr isə aşağı temperaturun müşahidə olunması ilə bağlıdır. Belə şəraitdə dərinin strukturu və funksiyası zamanla iqlimə uyğunlaşaraq dəyişir."
Terapevt qeyd edir ki, temperatur dəyişkənliyi ilə yanaşı, insanın immun sisteminin vəziyyəti də böyük rol oynayır.
"Əgər immun sistemi zəifdirsə, bu dəyişikliklər müxtəlif xəstəliklərin yaranmasına yol aça bilər. Xüsusilə, yaşlı insanlar temperaturun sürətlə dəyişməsinə daha həssas reaksiya verirlər. Bəzən bu vəziyyət onların səhhətinə ciddi təsir göstərir və həyat üçün təhlükə yaradır.
Ümumiyyətlə, rütubət və temperaturun tez-tez və kəskin dəyişdiyi ərazilərə, xüsusilə də yaşlı və xəstə insanların səyahət etməsi tövsiyə olunmur".
Aynurə İsmayıl
KONKRET.az

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Türkiyə heç yerə qoşun göndərməyəcək - Fidan