Bu məhsulları kərə yağı ilə birlikdə YEMƏK OLMAZ

Bu məhsulları kərə yağı ilə birlikdə YEMƏK OLMAZKərə yağı çoxumuzun qidalanmasında əvəzolunmaz məhsuldur. Lakin müəyyən məhsullarla birlikdə istifadə edildikdə, təkcə faydasını itirmir, hətta zərərli ola bilər.
KONKRET.az lent.az-a istinadən kərə yağı ilə bərabər istifadəsi zərərli olan qidaları təqdim edir:
Kərə yağı haqqında nə bilməliyik?
Kərə yağı doymuş yağlar və yağda həll olunan vitaminlərlə zəngin bir məhsuldur və rasionumuzda mühüm rol oynayır. Lakin bu, onun bütün kombinasiya və yeməklərlə faydalı olacağı anlamına gəlmir. Yanlış birləşmələr yalnız həzm sistemini yükləmir, həm də vacib qida maddələrinin mənimsənilməsini çətinləşdirə bilər.
Kərə yağı və qırmızı ət birləşməsi
Süfrələrimizdə populyar olan kərə yağı ilə qırmızı ətin birləşməsi sağlamlıq üçün müəyyən riskləri artırır. Hər iki məhsul çoxlu doymuş yağ ehtiva edir ki, bu da "pis" xolesterin kimi tanınan LDL səviyyəsinin artmasına səbəb ola bilər.
Mütəxəssislər bildirirlər ki, bir porsiyada həddindən artıq yağın qəbulu qaraciyərə və bütün həzm sisteminə əlavə yük yaradır.
Tövsiyə: Yağlı kolbasa və ya vetçina əvəzinə kərə yağı ilə az yağlı, soyudulmuş bişmiş ət istifadə etməklə sendviç hazırlamaq daha məqsədəuyğundur.
Balıq və kərə yağı
Yağlı balıqlar, – məsələn, losos və skumbriya – ürək və beyin sağlamlığı üçün faydalı olan omega-3 yağ turşuları ilə zəngindir.
Lakin bu cür balıqları kərə yağı ilə qızartmaq və ya sobada bişirmək əks təsir göstərə bilər. Kərə yağında olan doymuş yağlar, balığın faydalı yağlarının təsirini zəiflədə bilər və bir porsiyada həddindən artıq yağ qəbulu həm həzmi çətinləşdirir, həm də orqanizmin qida maddələrini mənimsəməsinə mane olur.
Kərə yağı və yağlı süd məhsulları
Bu ikili – həzm üçün ən ağır birləşmələrdən biridir. Menyuya uyğun inqrediyent seçmək olduqca vacibdir: kərə yağı ilə yağlı süd məhsullarının, məsələn, qaymaq və ya yağlı kəsmiklə birgə istifadəsi həzm sistemini yükləyir. Doymuş yağların yüksək konsentrasiyası, süd məhsullarındakı zülalın mənimsənilməsini çətinləşdirir – halbuki zülal bu məhsulların əsas qida maddəsidir.
Tövsiyə: Süd məhsullarına yüngül əlavələr – məsələn, təzə tərəvəz və ya az miqdarda zeytun yağı əlavə etmək daha faydalıdır.
Qızartmadan imtina etmək daha yaxşıdır
Kərə yağı qızartmalara xüsusi dad verir, lakin bu ən yaxşı seçim deyil. Səbəbi odur ki, kərə yağının tüstülənmə temperaturu aşağıdır, yəni tez yanmağa başlayır. Bu da onun tərkibindəki yağların parçalanmasına, zərərli maddələrin yaranmasına və yeməyin keyfiyyətinin aşağı düşməsinə səbəb olur.

Sağlamlıq       Tarix: 23 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən video xeber az son xeberler bu gun xeberlər