Dərslər onlayn formatda olsa, Azərbaycan bu savadsızlığın acısını illər boyu çəkəcək' - Deputat

Dərslər onlayn formatda olsa, Azərbaycan bu savadsızlığın acısını illər boyu çəkəcək' - Deputat"Onlayn dərslərin keyfiyyəti müqayisə olunmaz dərəcədə aşağıdır. Bu il də dərslər onlayn formada davam etsə, artıq bu iki ildə yaranan savadsızlığın nəticəsini Azərbaycan on illər boyu çəkməli olacaq".
 Bu sözləri Azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.Millət vəkili dərslərin ənənəvi qaydada başlamasının vacibliyini diqqətə çatdırıb: "Müəllimlər, tələbələr, eyni zamanda şagirdlər dərslərin hansı qaydada keçiriləcəyi ilə bağlı narahatlıq keçirirlər. İlkin fikir bundan ibarət idi ki, dərslər ənənəvi qaydada davam etdiriləcək. Amma bu fikir səsləndiriləndən bir həftə sonra Azərbaycanda yoluxanların sayı kəskin artmağa başladı. Bunun üçün də bu proseslə bağlı konkret fikir formalaşmayıb və bununla bağlı qərar qəbul olunmayıb.Amma mən yüz faiz əminliklə deyə bilərəm ki, onlayn dərslərin keyfiyyəti çox aşağıdır, müqayisə olunmaz dərəcədə aşağıdır. Bu il də dərslər onlayn formada davam etsə, artıq bu iki ildə yaranan savadsızlığın nəticəsini Azərbaycan on illər boyu çəkməli olacaq.Amma bu qərarın verilməsi Təhsil Nazirliyindən asılı deyil, onlar da istəyər ki, qərar tez verilsin. Qərarı qəbul edən Nazirlər Kabineti yanına Operativ Qərargahdır. Təbii ki, onlar Təhsil Nazirliyinin də fikirlərinə qulaq asır. Bildiyimə görə, Təhsil Nazirliyinin rəhbərliyi də ənənəvi formada dərslərin başlaması ilə bağlı təklif verib".
Razi Nurullayev onu da qeyd edib ki, vaksin vurulması universitet tələbələri üçün başa çatdırlıbsa, onlar ənənəvi formada təhsilə davam etməlidirlər:"Hazırda bildiyiniz kimi, koronavirusa qarşı peyvəndlənmə məcburiyyətə çevrilib. Demək olar ki, bütün tələbələr də sentyabr ayı ərzində vaksinləşməni tam bitirə bilərlər. Məktəb şagirdləri ilə bağlı isə vaksin vurulması qərarı hələ ki, yoxdur. Amma müəllimlərin hamısı vaksin olunub. Ən azından düşünürəm ki, vaksin vurulması universitet tələbələri üçün başa çatdırlıbsa, onlar ənənəvi formada təhsilə davam etməlidirlər. Məktəb dərsləri də ənənəvi formada davam etməlidir, çünki müəllimlər hamısı vaksin olunub. Əgər şagirlər arasında da bu yoluxma kütləvi formada olarsa, artıq o zaman bununla bağlı qərar qəbul oluna bilər. Amma hər halda cavan orqanizm, məktəb şagirdlərinin orqanizmi virusa qarşı daha dözümlüdür. Ümid edirəm ki, qaydalara əməl etməklə onlar arasında da kütləvi yoluxmanın qarşısını almaq olar".
Aydın Nuri

Sosial       Tarix: 02 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər en son xəbərlər bugün son xeber metbuat