DİM rəsmisi: "Əgər imtahanda iştirak edəcək şəxs...

DİM rəsmisi: "Əgər imtahanda iştirak edəcək şəxs...DİM rəsmisi: "Əgər imtahanda iştirak edəcək şəxs..."
"Hər bir imtahan iştirakçısı imtahana buraxılış vəsiqəsini çap edəndə onunla bərabər, sağlamlıq haqqında bəyannaməni də çap edir. Həmin bəyannamədə imtahan iştirakçısında və onun ailə üzvlərində son 15 gün ərzində koronavirusa yoluxma faktı qeydə alınıb-alınmadığı qeyd edilir".
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə deyib.
O bildirib ki, həmin bəyannamə əsasında imtahan iştirakçısı imtahanlara buraxılır:
"Eyni zamanda, imtahana gələn zaman hər bir imtahan iştirakçısının bədən hərarəti yoxlanılır.
Əgər imtahanda iştirak edəcək şəxs son 15 gündən daha əvvəl xəstə olubsa və sağalıbsa, nəticələri neqativdirsə, onun imtahanda iştirakında problem olmayacaq.
Amma 15 gün ərzində xəstəliyi varsa, o şəxsin imtahanda iştirakına icazə verilmir. O, bu barədə DİM-ə müraciət edə bilər və mövcud vəziyyətlə əlaqədar imtahanda iştirak edə bilmədiyini deyə bilər. Mərkəz tərəfindən bu məsələyə baxılacaq".
X.Xanlarzadə deyib ki, bu məsələ DİM tərəfindən araşdırıldıqdan sonra həmin şəxslərin yenidən imtahanlarda iştirakı üçün müvafiq şərait yaradılacaq:
"İmtahan iştirakçısı virusa yoluxması haqqında arayışı DİM-ə təqdim edir. Gələcəkdəki imtahanlarda bu əsasda həmin şəxslərə şərait yaradılır".
"Bundan əvvəlki imtahanlar da üzrlü səbəblərdən (xəstəlik olmasa belə, bədən hərarəti 37 dərəcədən yüksək olması səbəbindən) imtahana buraxılmayan şəxslər daha sonra keçirilən imtahanlarda iştirak etmişdilər.
Düzdür, bu, zəncirvari şəkildə davam edə bilməz. Bu, bir müsabiqədir və 100 minlərlə müsabiqə iştirakçısı var. Onlar üçün imtahanlar keçirilməlidir, biz hər dəfə 10-15 nəfəri gözləyə bilmərik. Amma dediyim hallarla qarşılaşan şəxslər üçün müəyyən şərait yaradılacaq", - deyə X.Xanlarzadə qeyd edib.
Könül Cəfərli

Sosial       Tarix: 20 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

PISA-da oxu nəticəmizi necə yüksəldək?

Son PISA-2025 nəticələrinin açıqlanması Azərbaycan təhsilində bir sıra mühüm məsələləri yenidən müzakirəyə çıxardı. Məncə, burada diqqət çəkən məqamlardan biri Elm və Təhsil Nazirliyinin, xüsusilə nazirin nəticələri açı

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son məlumatlar cəbhədən son məlumat en son xeberler bu gun xeberler azerbaycan