DİN Bakı, Sumqayıt və Abşerona aparan ara yollarda da postlar qurub

DİN Bakı, Sumqayıt və Abşerona aparan ara yollarda da postlar qurub DİN Bakı, Sumqayıt və Abşerona aparan ara yollarda da postlar qurub
Bu gecə saat 00.00-dan etibarən Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna digər şəhər və rayon qeydiyyatında olan avtomobillərin və həmin avtomobillərin sərnişinlərinin girişi dayandırılacaq. 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, artıq adıçəkilən şəhərlərin və Abşeron rayonunun girişlərində polis postları qurulub və Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarı bu gecə saat 00.00-dan qüvvəyə minəcək.  
E.Zahidov Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna ara yollarla daxil ola bilmənin mümkünlüyü barədə sosial şəbəkələrdə yayılan məlumatlara da münasibət bildirib. Onun sözlərinə görə, əsas magistral yollardan başqa Bakı, Sumqayıt şəhərlərinə, Abşeron rayonuna aparan ara yollarda da polis postları qurulub və həmin yollar da bağlı olacaq.  
DİN sözçüsü onu da bildirib ki, Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu qeydiyyatında olan avtomobillər və vətəndaşlar digər şəhər və rayonlara sərbəst gedib, qayıda bilərlər.  
E.Zahidov vətəndaşları Operativ Qərargahın məlum qərarına ciddi şəkildə riayət etməyə çağırıb. 
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahının qərarı ilə martın 19-da saat 00.00-dan etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunur. /oxu.az

Sosial       Tarix: 18 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

"Brent" ucuzlaşdı 

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 2,81% azalaraq 1 barelə görə 104,61 ABŞ dollar

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydasınının pozulması ilə bağlı sürücülərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində, saat 22:0

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir. xəbər verir ki, diplomatlar səfər çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar. Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda akkredit

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


azerbaycan xeberleri son xeberler yeni xeberler dunyada son xeberler xəbərlər apa.az xeberler bu gunun xeberleri