Dırnaq ustası Mirhəmid Hümbətov: "Dedilər, camaatın qadını əlini sənin əlinə verəcək?" - MÜSAHİBƏ + FOTO

Dırnaq ustası Mirhəmid Hümbətov: Dırnaq ustası Mirhəmid Hümbətov: "Dedilər, camaatın qadını əlini sənin əlinə verəcək?" - MÜSAHİBƏ + FOTO
"Mən bu işə xanımlarla əlaqə qurmaq üçün başlamamışam. Onlarla, onsuz da, mehriban əlaqəm var. Çörək qazanmaq üçün başladım. İnsan necədirsə, qarşısındakını da elə bilir".
Bunu Oxu.Az-la müsahibəsində dırnaq ustası Mirhəmid Hümbətov deyib. Onunla müsahibəni təqdim edirik:
- İnsanlar peşələri "qadın", "kişi" olmaqla bölməyə öyrəşiblər. Manikür sənəti ilə də ölkəmizdə, adətən, qadınlar məşğul olurlar. Siz necə oldu ki, belə bir peşə seçməyə qərar verdiniz? Ailənizdə bununla məşğul olan var?
- Yox, əslində, hər şey bir qəzanın ucbatından oldu. Mən 1993-cü ildə Şirvan şəhərində, yəni köhnə Əli Bayramlıda anadan olmuşam. Ailədə altı uşaq olmuşuq. Üç bacı, üç qardaş idik. Bir bacım dünyasını dəyişdi. Uzun illər idmanla məşğul olmuşam. Müxtəlif dərəcədə medallarım da olub.
Uşaq yaşlarında ailəmə dəstək olmaq üçün çalışırdım. Atam Rusiyada idi. Pul göndərə bilmirdi. Ortancıl uşaq idim. Bacardığım qədər ailəmə kömək göstərmək istəyirdim.
2016-cı ildə iş zamanı ağır qəzaya düşdüm. Sürücü idim. İçində olduğum avtomobil dayanmışdı, üzərinə yük aşdı. Komaya düşdüm. Hadisə Hacıqabulda olmuşdu, gözümü Bakıda açdım. Əməliyyat olundum. Döş qəfəsimdən aşağı işləmirdi. Daha sonra belimin sındığını öyrəndim. Qollarımı çətinliklə işlədirdim. Belimdə hazırda mil var. Müxtəlif ölkələrdə xeyli müalicələrdən keçdim.
Şükür, hazırda dizdən bir qarış yuxarıya qədər işləyir. 2022-ci ilə qədər ayrı-ayrı vaxtlarda əlimə pul düşdükcə müalicələr almışam. Daha sonra bir müddət depressiyaya düşdüm. Hətta əlil arabasında oturmurdum. Məcbur etdilər.
Dırnaq ustası Mirhəmid Hümbətov: - Həkimlər ayağa qalxmağınızla bağlı ümidlidirlər?
- Müalicə etdirirdim, büdcə olmadığı üçün qaldı. Həkimlər deyirlər ki, ümid var, ayağa qalxa bilərəm. Fizioterapiya keçməliyəm. Ayağa qalxana qədər sinirlər, əzələ ölməsin deyə reabilitasiya almalıyam. Nə qədər müddətə sağalacağımı heç kim deyə bilmir, lakin şans var. Ümid olmayan yerdə də ümid olmalıdır.
- "TikTok"da ananızla çəkdiyiniz videolar xeyli marağa səbəb olub.
- Bəli, başımı qatmaq üçün sosial şəbəkələrə üz tutdum. Bir gün eşitdim ki, "TikTok" adlı bir şəbəkə var. Mən də anamla birlikdə gülməli videolar çəkməyə başladım. Gündəlik tələbat üçün "hədiyyə" atanlar var idi. Bəziləri acıdıqları, bəziləri də maraqdan "hədiyyə" atırdılar.
Sənət adamları "TikTok"a üz tutandan sonra adi adamlara maraq azaldı. Bir də qınadığımız şeyləri təbliğ edənlərə maraq artdı. Buna görə dəstək azaldı.
- Dırnaq ustası olmağı necə qərarlaşdırdınız?
- Bir gün düşündüm ki, aciz deyiləm. Özümə bir iş tapmalıyam. Oturaraq edə biləcəyim bir iş olmalı idi. Öncə dərzi işi ağlıma gəldi. Sonra dedilər ki, tikiş maşınını idarə etmək üçün ayaq pedalından istifadə olunur. Bununla yanaşı, ölçü götürəndə əyilib-qalxmaq lazımdır. Bu alınmazdı. Ona görə bərbərliyi düşündüm. Lakin bərbər də alınmazdı. İzləyicilərimin 80 faizdən çoxu qadınlardır. Ağlıma dırnaq ustalığı gəldi. Qərara gəldim ki, bu işə başlayım.
Dırnaq ustası Mirhəmid Hümbətov: - Yəqin ki, bu işlə məşğul olduğunuz üçün qınayanlar da tapılıb.
- Çox qınandım. Deyirdilər ki, "kişi hara, dırnaq ustası hara?" İnanmazdım ki, içimizdə bu cür düşüncədə olan insanlar var. Ən azı, evdə boş oturmaqdan daha yaxşıdır. Bunu mən düşünərək seçmişəm. Bəzi risklər var idi. Hər şeyi nəzərə almışdım. Bəziləri də dedilər ki, "camaatın qadını əlini sənin əlinə verəcək?" Ginekoloq bəylərimiz var. Bədən şəkilləndirmə əməliyyatı edən kişi həkimlər var. İnsanın daha məhrəm yerlərini görə bilirlər. Əl nədir ki? İnsanın özündən asılıdır. Mən bu işə xanımlarla əlaqə qurmaq üçün başlamamışam. Onlarla, onsuz da, mehriban əlaqəm var. Çörək qazanmaq üçün başladım. İnsan necədirsə, qarşısındakını da elə bilir.
Azərbaycanda, deyəsən, ikinci kişiyəm ki, bu işlə məşğul oluram. Digəri, səhv etmirəmsə, artıq Türkiyədə fəaliyyət göstərir.
- Dırnaq ustası olmaq, bəlkə də, bəzilərinə asan gələ bilər. Siz necə öyrəndiniz?
- Öncə "YouTube" platformasında bir kanal vasitəsilə üç-dörd gün məlumat topladım. Videonu platformaya yerləşdirən şəxsə də təşəkkürümü bildirirəm. Qohumum var idi. İşin əlli faizini bilirdi. O, detalları öyrətdi. Sonra bir Nika xanım var. Onun adını videomun altında işarə etdilər. O, beşgünlük kursu üzərinə götürdü. Mənimlə məşğul oldu. Ondan öyrənə biləcəyim qədər bilgi aldım. Öyrənə bilmədiyim çox şeylər var idi. Çünki mən xanım deyiləm, əvvəlcədən məlumatım yox idi. Hər birinə yad idim. Adaptasiya olmaq müddəti var idi.
Daha sonra İlahə xanımla tanış oldum. Mən dırnaqla bağlı videolara baxdığım üçün İlahə xanımın videoları qarşıma çıxdı. Həmişə fikirləşirdim ki, görəsən, mən bu cür usta ola bilərəmmi? İlahə xanım canlı yayımıma gəldi. Orada videolarını izlədiyini bildirdim. Dedi ki, "nə sözün, qulluğun oldu, de, çəkinmə". Ona dedim ki, olarmı sizdən üç gün dərs alım? O da dedi, istəyirsən, iki-üç ay gəl. İki həftəyə yaxındır ki, İlahə xanımın yanında dərs alıram. Kursun bitməyinə dörd gün qalıb.
Əvvəl Şirvandan Bakının müxtəlif yerlərindəki kurslara qatılırdım. İndi Bakıda kirayə ev tapdım. Az da olsa, müştərimi evdə qəbul edə bilərəm. Salonda işləmək istəyərəm. Sadəcə, müştəri gələnə qədər evdə dincələ bilərəm, salonda isə rahat olmur.
Dırnaq ustası Mirhəmid Hümbətov: - Bu işdə ən böyük dəstəkçiniz kimdir?
- Ailəm çox dəstək verdi, qınamadı. Mən ailəmə yük olmaq, vicdan əzabı çəkmək istəmirəm. Anamın 60 yaşı var. O, fəhlə işləyir. Məndən balaca bacım və qardaşım var. Onlara gün ağlamaq üçün edir. Mən heç olmasa, özüm-özümü idarə edə bilim deyə məcbur idim. Onlar da sevinirlər. Qərarıma qarşı çıxmadılar. Bu vəziyyətdə olanlar var ki, intiharameyilli olurlar. Ailə üzvlərim bilirlər ki, bu işi seçmişəmsə, deməli, yaşamaq istəyirəm. Yaşamaq üçün bu işə ehtiyacım var. Pul hər şey deyil, amma çox şeydir.
- Çox incə, diqqət tələb edən işdir. Eləcə də, xanımların kaprizi. Səbrinizi tükəndirmir?
- Kişinin işi qadını gözəlləşdirmək olmalıdır. İş cəhətdən səbrim tükənməyib. Həyəcan və qorxu var. Bu gün işlədiyin model ilə sabah eyni qaydada işləyə bilməzsən. Qorxu yaranır ki, sabah, görəsən, yaxşı iş görə biləcəyəmmi? Sıradan iş istəmirəm. Hər dəfə bir pillə artığını istəyirəm. Çünki zaman irəli gedir.
Dırnaq ustası Mirhəmid Hümbətov: - Sosial şəbəkələrdən də aktiv şəkildə istifadə edir, videolar paylaşırsınız. Sosial şəbəkədən gəlir əldə edə bilirsinizmi?
- Gəlirim hazırda yoxdur. Təklif edən olub. Bir ara reklamla məşğul oldum, 400-500 manatlıq reklama görə 100 manat almışam. Ancaq uzun müddətdir ki, sosial şəbəkədən gəlir əldə etmirəm. Bu səviyyəyə həm də izləyicilərim sayəsində çatmışam.
- Yəqin ki, trendləri izləyirsiniz. 2024-cü ildə manikürdə hansı stil, rənglər dominant olacaq?
- Məncə, tünd-qırmızı və tünd-göy rənglərdə manikür dəbdə olacaq. Belə hiss edirəm. Qırmızı rəng özünə güvənən insanların rəngidir, iddialıdır. Qış mövsümündə tünd rənglərə üstünlük veriləcək. Akvarium modeli daha maraqlı olacaq. Dizayn olaraq "frenç" (Fransız manikürü) heç vaxt dəbdən düşmür.
- Bu yaxınlarda məlumatlar paylaşıldı ki, şellak xərçəng riski yaradır. Siz bu barədə nə düşünürsünüz?
- Heç vaxt görməmişəm ki, barmaqda xərçəng aşkarlansın. Boş söhbətdir. Deyirlər ki, qurutma cihazının təsiri ilə yaranır. O, elə şüa deyil. Adi lampa effektidir. Gel havada da quruya bilir. Sadəcə, cihaz quruma prosesini bir qədər tezləşdirir. Elə güclü şüası yoxdur.
Dırnaq ustası Mirhəmid Hümbətov: - Bəzi xanımlar manikür ustalarına etibar etmirlər. Bəzilərinin isə buna vaxtı çatmır və dırnaqlarını özləri düzəldirlər. Onlara məsləhətləriniz nə olardı?
- Düzgün materiallardan, dırnaq səthinə zərər verməyən rəndələrdən, bazalardan istifadə etsinlər. Baza ilə gel uyğunlaşmaya bilər. Gelin altında hava qovuqcuğu qala bilər. O da mütləq keyfiyyətə pis təsir edəcək.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid

Maraqlı     Baxılıb: 115   Tarix: 18 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO. Böyük Britaniyada timsaha zərbə vuran qadının adı Britaniyanın ilk mülki qəhrəmanlarının kral siyahısına daxil edilib

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

1990-cı illərdə radardan itən kosmik zond aşkarlandı

1990-cı illərdə radardan itən kosmik zond aşkarlandı. ABŞ-də mütəxəssislər 1990-cı illərdə yoxa çıxan "S73-7" eksperimental peyki tapıblar. Peyki Harvard-Smitson Astrofizika Mərkəzinin alimləri aşkarlayıblar. Qey

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi


yeni xeberler azerbaycan xeberleri son xeberler azerbaycan son xeber bugun en son xeberler ən son xəbərlər valyuta mezennesi banklar