Distant təhsil şagirdlərdə hansı fəsadları törədəcək? - Psixoloqdan HƏYƏCAN TƏBİLİ

Distant təhsil şagirdlərdə hansı fəsadları törədəcək? - Psixoloqdan HƏYƏCAN TƏBİLİSon illər telefon, internet, sosial şəbəkə asılılığından əziyyət çəkən insanlar kifayət qədər artıb. Bura istənilən yaş qrupundan olan insanı daxil etmək olar. Pandemiya dövrü bu qəbildən olan insaların sayını xeyli artırdı. Onlayn görüşlər, tədbirlər və təlim-tədris nəticəsində cəmiyyətdən uzaq düşən vətəndaşların sayı çoxalmaqdadır. Bu amilin ən çox zərəri isə uşaqlar və yeniyetmələrə dəyir.
Distant təhsil şagirdlərdə hansı fəsadları törədəcək? - Psixoloqdan HƏYƏCAN TƏBİLİBelə ki, psixoloqlar təhsilimizdə məlum vəziyyətlə bağlı distant təhsilə keçiddən sonra dəyəcək zərərin miqyasını daha da artıracağını iddia edirlər.
Distant təhsilin zərəri nə ola bilər? 
Bununla bağlı psixoloq Vüsalə Əmiraslanova Milli.Az-a danışıb:
Distant təhsil şagirdlərdə hansı fəsadları törədəcək? - Psixoloqdan HƏYƏCAN TƏBİLİ"Əvvəl-əvvəl pandemiyanın bir neçə ay davam edəcəyini düşündükləri üçün dərslərin bağlanması uşaqlar üçün toy-bayram oldu. Sevindilər ki, "evdə qalacağıq, dərslər olmayacaq, dincələcəyik", mart, aprel, may aylarını bu cür düşündülər. Sonra da yay gəldi, başları qarışdı, amma indi yenidən distant təhsilə başlayıblar. 
Distant təhsilə qayıtmaq istəməyən uşaqlar var. Ən çox diqqət əskikliyi, davranış pozuntusu olan, yəni müəllimi canlı belə qəbul etməyən uşaqlar onlayn təhsili də qətiyyən qəbul etməməyə başladı. Distant dərslər o halda ola bilər ki, uşaq ən azından həftədə 3-4 dəfə dərsə getsin, bir günü onlayn keçsin. Psixoloji olaraq canlı əsasdır, az qruplarla, 4-5 nəfərlə bunu təşkil etmək çox vacibdir. Distant təhsil böyük siniflər üçün, tələbələr üçün keçərlidir, uşaqlar üçün keçərli deyil. Uşaqlar canlı ünsiyyət qurmalıdırlar. Müəllimi hiss etməlidirlər, emosional bağ yaratmalıdırlar, həmyaşıdları ilə ünsiyyət bacarıqlarına yiyələnməlidirlər. Çünki bir azdan fəsadlar yaranacaq. 
Distant təhsil şagirdlərdə hansı fəsadları törədəcək? - Psixoloqdan HƏYƏCAN TƏBİLİDistant təhsil uşaqlarda eqoizm, özünə qapanma kimi problemlər yaradacaq, heç kəslə ünsiyyət qura bilməyəcəklər. Çünki onlayn belədir ki, kameranı söndürdün, danışmırsan, səni görmürlər, xəbərləri yoxdur və nəticədə sən qapandın özünə və yaxud da fikrin yayındı. Çox nadir uşaqlar dərsi sevirlər. Distant dərs zamanı təhsil batacaq, bunu mən psixoloq kimi etiraf edirəm. Dərslər ənənəvi qaydada keçirilməlidir. Böyük siniflər amma distant təhsil ala bilərlər, onlar onsuz da hazırlıqlara gedirlər. 9-11-ci siniflər repetitor yanına getdikləri üçün onlar həftənin iki günü ənənəvi qaydada dərs alsın, qalanını distant təhsil zamanı müəllimləri başa düşüb yola verəcək ki, hazırlığa gedirlər. Amma o şərtlə olmalıdır ki, uşaq məcburən o şüanın qarşısında oturmasın. 
Distant təhsilin ikinci fəsadı
Ana-ata gedir işə, uşaq qalır nənənin yanında. Nənəsini aldadır ki, mən onlayn dərsdəyəm, amma dəsrdə deyil, "iqra" oynayır. Ona valideyn nəzarət edə bilmir. Bu halda da uşağın telefona bağlılığı yaranır. Biz onları sonra o həyatdan ayıra bilməyəcəyik. Onsuz da, hamısının beyni artıq, demək olar ki, robotlaşıb, bundan sonra daha da fəsadları artacaq.
Distant təhsil şagirdlərdə hansı fəsadları törədəcək? - Psixoloqdan HƏYƏCAN TƏBİLİÜmumiyyətlə, 3 yaşa qədər uşaqlara telefon vermək olmaz, 3 yaşdan 6 yaşa qədər uşaqlara yarım saat icazə var, 11 yaşdan yuxarı 1 saat icazə var, 12-13 yaş arası uşaqlara 2 saat. Bu uşaq 4 saat necə dərs oxusun?  9-cu sinifdə oxuyan uşaq 6-8 saat necə onlayn dərsdə otursun? Onun qavrayışı, davranışı korlanır, diqqət pozuntusu, onurğa problemi yaranır, gözləri zəifləyir. Yəni, distant təhsil konkret ziyandır. Nə olursa olsun dərslər ənənəvi qaydada canlı keçirilməlidir xəstəlik varsa da, yoxsa da. İmmuniteti qaldıraq, vitamin terapiyası edək, tibbi maska ilə, əlcəklə getsinlər, sinifdə az şagird olsun. Tamamən distant təhsilə keçmək olmaz".
Təhməz Əsədov
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 17 sentyabr 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo


son xeberler azerbaycan xeberleri yeni xeberler şou biznes xəbərləri xeberlər valyuta məzənnələri oxu.az xeberler