Dolların taleyini həll edəcək qərar bu gün AÇIQLANACAQ

Dolların taleyini həll edəcək qərar bu gün AÇIQLANACAQBu gün ABŞ-ın Federal Ehtiyat Sistemi 25-26 yanvar tarixlərini əhatə edən ilk iclasında növbəti dövr üçün dolların dəyərinə təsir edəcək qərarı açıqlayacaq. Günün son saatlarında FED ya faiz dərəcəsini sabit saxlayacaq, ya da artıracaq.
KONKRET.az xəbər verir ki, 2021-ci ilin dekabr ayında baş tutan iclasda Federal Ehtiyat Sisteminin rəhbəri Cerom Pauel 39 ilin ən yüksək inflyasiyasını Ştatlar üçün təhlükəli risk kimi qiymətləndirmişdi. Bu səbəbdən Federal Ehtiyat Sisteminin sərt pul rejiminə keçid etməsi və faiz dərəcəsinin artırılması labüd hesab edilmişdi.
Ötən ilin noyabr ayından etibarən FED-in sədri qiymətli kağızların alışını azaltmağa başlayacaqlarını açıqlamışdı. FED-in aktiv alışını faiz dərəcəsini artırmadan əvvəl tamamlamalı olduğu bildirilmişdi.
FED il ərzində neçə dəfə faiz artımına gedəcək?
Belə ki, 2022-ci ildə FED 3-4 dəfə faiz artımına gedəcək. İlk faiz artımının mart ayında baş verməsi gözlənilir. Buna görə də, mart ayına qədər aktiv alışın azaldılması nəzərdə tutulub, lakin, bəzi proqnozlara görə, proses fevral ayında, hətta yanvar ayının sonunda da yekunlaşa bilər. Buna görə kiçik ehtimal da olsa, bugünkü iclasda FED-in faiz artımına getməsi istisna edilmir. İstənilən halda faiz artımına gedilməsə belə, bugünkü iclas, müzakirlərin açıqlanacaq nəticələri bazar üçün kritik və hərəkətverici olacaq. Əsas mövzu inflyasiyanın cilovlanmasını əhatə edəcək.
Faiz artımı nə ilə nəticələnə bilər?
Faiz dərəcəsinin artırıldığı dövrdən etibarən dolların dövriyyədə azaldığı və paralel olaraq dəyər qazandığı müşahidə olunur. Yəni, faiz artımı ilə bağlı qərar dolların digər valyutalar qarşısında bahalaşmasını şərtləndirəcək. Xüsusilə də, fevral və mart aylarında dolların dəyəri avro və yapon yeni qarşısında yüksəlməyə davam edə bilər.
Digər tərəfdən qərar qlobal maliyyə bazarlarında riskli aktivləri təzyiq altında qoya bilər. "Wall Street"ə görə, 2022-ci ildə FED-in pul siyasəti ilə bağlı daha sərt rejimə keçməsi səhmlərin dəyərinin azalması, daha çox dövlət istiqrazlarının gəlirlərinin artmasına təsir edə bilər.
Bu gün açıqlanacaq qərarda 2018-ci ilin sonundan bəri ilk dəfə FED faiz artımına gedə, ya da ən yaxşı halda mart ayını gözləyə bilər.
FED faiz dərəcəsini nə qədər artıracaq?
Ehtimal olunur ki, FED 2022-ci ilin sentyabr ayına qədər faiz dəhlizinin aşağı həddini 0,3 faizə qədər, sentyabr ayından sonra 0,9 faizə qədər artıra bilər. Lakin, yüksək faiz dərəcəsi də istisna edilmir. "CME FedWatch Tool"un proqnozlarına görə isə, ilin sonuna qədər faiz dəhlizi 1-1,25 faiz səviyyəsində olacaq.
Həmçinin 2023-cü ildə daha üç və ondan sonrakı ildə daha iki faiz artımı qərarı gözlənilir.
Qeyd edək ki, 2022-ci il ərzində FED-in 8 iclası baş tutacaq. 25-26 yanvar tarixlərini əhatə edən iclasdan sonra aşağıdakı tarixlərdə iclasların həyata keçirilməsi nəzərdə tutulur:
15-16 mart 2022-ci il;
3-4 may 2022-ci il;
14-15 iyun 2022-ci il;
26-27 iyul 2022-ci il;
20-21 sentyabr 2022-ci il;
1-2 noyabr 2022-ci il;
13-14 dekabr 2022-ci il.
Xatırladaq ki, FED 2021-ci ilin dekabr ayındakı sonuncu iclasında faiz dəhlizini növbəti dəfə 0-0,25 faiz aralığında saxlayıb.
/oxu.az/

Sosial       Tarix: 26 yanvar 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


azerbaycan xeberleri son xeberler yeni xeberler qurban bayrami 2026 son xəbər xeber.az bu gun son xəbərlər azərbaycanda