Dondurma havası - Bunlara diqqət edin

Dondurma havası - Bunlara diqqət edinİsti yay aylarında sərinləmək üçün hər kəsin ilk müraciət etdiyi qidalardan biri dondurmadır. Dondurma həm sərinliyinə, həm də dadına görə böyükdən-kiçiyə hər kəsin ləzzət aldığı qidalardandır. Yay aylarında dondurma istehlakının artması ilə boğaz ağrısı və infeksiyalarda da artım ola bilər. Bu vəziyyətin qarşısını almaq üçün dondurma istehlakına nəzarət edilməlidir.
KONKRET.azTürkiyə KİV-ə istinadən dondurma haqda bəzi məsləhətləri təqdim edir:
Yaz aylarında dondurma istehlakını ideal səviyyədə saxlamalısınız. Dadlı olsa da, dondurma həm də bir desert növüdür və həddindən artıq istehlak edildikdə sağlamlığınıza zərər verə bilər.
Yay aylarında dondurma yeyərkən və ya sonra içdiyiniz suyun çox soyuq və ya çox isti olmamasına da diqqət yetirməlisiniz.
Dondurma havası - Bunlara diqqət edinDondurma istehlak edərkən nələrə diqqət edilməlidir?
Dondurma pəhriz saxlayanları kalorisi ilə bağlı narahat edə bilər. 60 qramlıq dondurmanın (təxminən 2top) kalori dəyəri 140-dır. Pəhriz saxlayırsınızsa və ya vücudunuza daxil olan kalori miqdarına nəzarət etmək istəyirsinizsə, dondurma porsiyalarınızı istehlak vərdişlərinizə görə nizamlaya bilərsiniz.
Dondurma havası - Bunlara diqqət edinYemək vərdişlərinizdən asılı olaraq gündə neçə dondurma yeyəcəyiniz sualını da müəyyən edə bilərsiniz. Ancaq boğaz sağlamlığınızı qorumaq üçün həddindən artıq dondurma istehlakından qaçınmalısınız. Dondurma istehlak edərkən tez yemək əvəzinə ağzınızda kiçik dilimlərdə əritsəniz, boğaz infeksiyalarının qarşısını ala bilərsiniz. Çox diqqətli olmalısınız ki, aldığınız dondurma keyfiyyətli istehsal edilən yerlərdən olsun. Bu növ qidalar sağlamlığınıza zərər verə bilər və müxtəlif xəstəliklərə tutulmağınıza səbəb ola bilər. Yediyiniz dondurmaların son istifadə tarixlərinə diqqət etməlisiniz. Tərkibində süd məhsulları olan dondurma növləri müddəti bitdikdə mədə narahatlığına və müxtəlif xəstəliklərə səbəb ola bilər. Odur ki, dondurma almadan əvvəl yararlılıq müddətini yoxlamaq daha yaxşıdır.
Dondurmanı nə vaxt yemək lazımdır?
Dondurmanı nə vaxt yemək sualı dondurma sevənlərin "hər zaman" kimi cavab verə biləcəyi sual olsa da, boğaz sağlamlığınızı qorumaq üçün hər zaman dondurma yeməməlisiniz. Dondurma acqarına yeyilməməlidir, bunun yerinə yediyiniz yeməkdən ən az 2 saat sonra dondurma istehlak etməlisiniz. Dondurma yalnız yay aylarında istehlak edilən bir qida deyil, amma soyuq havalarda dondurma istehlakı ümumiyyətlə tövsiyə edilmir. Keyfiyyətinə etibar etdiyiniz markaların istehsal etdiyi dondurmanı lazımi miqdarda istehlak etsəniz, heç bir problem olmadan onun dadını çıxara bilərsiniz.
Dondurma havası - Bunlara diqqət edinqafqazinfo

Sağlamlıq       Tarix: 04 iyun 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA

Misofoniya gündəlik səslərə qarşı güclü qıcıqlanma, qəzəb və narahatlıq hissi ilə müşayiət olunan vəziyyətdir. Azərbaycanda bu vəziyyətin müalicəsi iki dövlət tibb müəssisəsində həyata keçirilir. Misofoniya müəyyən səslər

Azərbaycanda hər 6 aydan bir məcburi tibbi müayinə tətbiq oluna bilər? – AÇIQLAMA

Xərçəng xəstəliklərinin erkən aşkarlanması və ölüm hallarının azaldılması müasir səhiyyənin ən mühüm prioritetlərindən biridir. Mütəxəssislər hesab edirlər ki, onkoloji xəstəliklərlə mübarizədə ən təsirli vasitələrdən bir

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

2027-ci ildən yeni mərhələ başlayır – 4 il davam edəcək

2027–2031-ci illərdə qida məhsulları allergenlərin müəyyən edilməsi üçün laborator müayinələrə cəlb olunacaq. Məhsulların üzərindəki etiket məlumatlarının laboratoriya nəticələrinə uyğunluğu da yoxlanılacaq. xəbər verir ki

Estetik əməliyyatlar dəbdədir, bəs niyə ayrıca ixtisas kimi tədris olunmur? – AÇIQLAMA

Azərbaycanda estetik əməliyyatlara tələbatın artmasına baxmayaraq, plastik və estetik cərrahiyyənin ayrıca ixtisas kimi tədris olunmaması müzakirə mövzusudur. Bəs bu sahədə ixtisaslaşmanın genişləndirilməsi nə dərəcədə vacibdi

İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?

İranda qrip və COVID-19-a yoluxma hallarının artması, eləcə də ölüm faktlarının qeydə alınması regionda epidemioloji vəziyyətlə bağlı narahatlıq yaradıb. Bu fonda infeksiyaların Azərbaycanda yayılma riski, mövsümi xəstəlikləri

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində 5 nəfər meymunçiçəyi xəstəliyinə yoluxub. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Meymunçiçəyinə yoluxma halları varmı? Təhlükəli vəziyyət varmı?. -ın xəbərin

Bəşəriyyəti ölümcül bəladan xilas edən peyvənd: 8 yaşlı uşaq üzərində aparılan təhlükəli təcrübə

1796-cı il mayın 14-də ingilis həkim Edvard Cenner tibb tarixinin ən mühüm təcrübələrindən birini həyata keçirdi. O, səkkiz yaşlı bir uşağı qəsdən inək çiçəyi virusuna yoluxdurdu. Bir neçə həftə sonra isə onu dövrün ən qorxul

Koronavirusla bağlı ŞOK İDDİA: İnsan orqanizmində görün nələr edirmiş

İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin alimləri koronavirusla bağlı mühüm elmi qənaətə gəliblər. Məlum olub ki, virus insan orqanizminin toxumalarında illərlə qalmaq qabiliyyətinə malikdir. bildiri


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber cəbhədən xəbər xeberler bugun 2026 xəbər.az