Dövlət büdcəsində nəzərdə tutulan azalmaların əhaliyə təsiri olacaq?
Dövlət büdcəsində nəzərdə tutulan azalmalar optimallaşdırma nəticəsində götürülüb. Bu azalmaların əhaliyə heç bir təsiri olmayacaq. Nəzərdə tutulan bütün sosial layihələr yerinə yetiriləcək.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, büdcə layihəsi ilə bağlı Hesablama Palatasının rəyi müsbətdir. Qurum ölkənin müdafiə qabiliyyətinin artırılması, pandemiyanın yaratdığı keyfiyyətcə yeni sosial və iqtisadi davranış mühitinin xüsusiyyətləri, əhalinin həssas sosial qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət tərəfindən əlavə dəstəyin göstərilməsi, səhiyyə sahəsi üzrə əlavə tələbatın və digər dövlət ehtiyaclarının yaranması dövlət büdcəsinin icrası ilə bağlı yeni çağırışlar formalaşdırdığına görə atılan addımları zəruri hesab edir.
Milli.Az /news.milli.az
Xidmetler [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar