DTX-nin həbs etdiyi nazir müavininin maaşı və real qazancı - RƏQƏMLƏR

DTX-nin həbs etdiyi nazir müavininin maaşı və real qazancı - RƏQƏMLƏRDTX-nin həbs etdiyi nazir müavininin maaşı və real qazancı - RƏQƏMLƏR
Dövlət Təhlükəsizliyi Xidmətinin mayın 8-də keçirdiyi əməliyyatla Mədəniyyət nazirinin müavini Rafiq Bayramov saxlanılıb. 
R.Bayramovun xidməti və yaşadığı ünvanlara keçirilmiş baxış zamanı pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pullar, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
R.Bayramovun avtomobilindən də xarici və yerli valyutada olan xeyli pul vəsaiti tapılıb.
Nazir müavini bu pulları haradan yığıb?
DTX-nin əməliyyatın keçirilməsi ilə bağlı yaydığı videodan görünür ki, R.Bayramov korrupsiyanın "mədəni" zirvəsini fəth edib.
R.Bayramov etiraf edir ki, regional mədəniyyət idarələrinin rəisləri qarşısında özünün korrupsiya və rüşvətxorluq sxemində faydalı iş əmsalını artırmaq üçün tapşırıqlar qoyub.
R.Bayramov bildirir ki, respublika üzrə 15 mədəniyyət idarəsindən ay ərzində təxminən 60 min manat miqdarında pul əldə edib.
Bu azmış kimi R.Bayramov respublika ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsini də mənimsəyib.
Onun sözlərinə görə, il ərzində təmir xərclərindən 150 min manat pul qazanıb.
Bəs nazir müavininin real gəliri nə qədər olmalıdır?
R.Bayramov 2018-ci ilin 27 iyununda mədəniyyət nazirinin müavini təyin olunub. R.Bayramov qısa müddət ərzində korrupsiya mexanizmini qurmaqla daha çox qazanc əldə etmək niyyəti güdüb.
Yəqin, R.Bayramov düşünüb ki, aylıq maaşı ona kifayət etməyəcək, buna görə də alternativ mənbələrə baş vurmaq lazımdır.
Bu məqsədlə R.Bayramov mədəniyyət idarələri, musiqi məktəbləri, təmir xərclərindən qoparılan pullar hesabına korrupsiya şəbəkəsini "ətə-cana" gətirib.
Qeyd edək ki, Azərbaycanda 2018-ci ilin martın 1-dən etibarən nazir müavinlərinin maaşı 1280 manat məbləğində müəyyənləşib.
Kifayət qədər yüksək maaş alan bir məmurun korrupsiya şəbəkəsi yaratmasının arxasında dayanan maraqların ən dəqiq motivini hüquq-mühafizə orqanları istintaq zamanı daha da aydınlaşdıracaq.
Xatırladaq ki, R.Bayramov Prezident İlham Əliyevin mayın 9-da imzaladığı sərəncamla vəzifəsindən azad edilib.
Aqşin Kərimov /oxu.az

Siyasi       Tarix: 12 may 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Hörmüz boğazında neft tankerlərinə hücum edilib

Sentyabrın 29-da Hörmüz boğazından Liberiya bayrağı altında keçən üç neft tankerinə naməlum qüvvələr tərəfindən mərmilərlə zərbə endirilib. xəbər verir ki, bu barədə "Marisks" gəmiçilik analitikası xidmətinə istinadl

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbərlər xeber dunyada son xeberler son xeberler azerbaycan