DTX-nin ifşa etdiyi casusun məhkəməsi başladı

DTX-nin ifşa etdiyi casusun məhkəməsi başladıAzərbaycanda konstitusiya quruluşunun əleyhinə olan cinayətlər törətməkdə ittiham olunan Emin Qasımzadənin məhkəməsi başlayıb.
"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilənin şəxsi məlumatları dəqiqləşdirilib, hüquqları izah edilib.
İndiki mərhələdə müdafiə tərəfi hər hansı vəsatətlə çıxış etməyib. Sədrlik edən hakim Əli Məmmədovun qərarı ilə seçilmiş qətimkan tədbiri dəyişdirilmədən iş məhkəmə baxışına təyin edilib.
38 yaşlı Emin Qasımzadə istifadəsində olmuş sosial şəbəkə hesabları vasitəsilə Ermənistan tərəfinin rəsmi qurumları ilə gizli əlaqə qurub, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və maraqları əleyhinə istifadə edilməsi məqsədilə məlumatlar ötürərkən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) diqqətinə düşüb.
O, Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı və dövlət təhlükəsizliyinin zərərinə olaraq Ermənistan tərəfə məlumatlar ötürərək dövlətə xəyanət etməkdə təqsirləndirilir. Bundan başqa o, qeyd olunan hərəkətlər zəminində həmçinin özünün "Facebook" sosial şəbəkəsi hesabında dövlət əleyhinə açıq çağırışlar edib, həmçinin Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçilik yaratmağa yönələn hərəkətlər törədib.
E.Qasımzadə sosial şəbəkə vasitəsilə əlaqə qurduğu həmin şəxslərin tələblərini yerinə yetirib, onlara Şuşa şəhəri və digər ərazilərdən istədikləri yerlərin fotolarını və digər məlumatları göndərib.
DTX tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş Emin Qasımzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirləndirilir. / azxeber.com

Siyasi       Tarix: 03 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə


yeni xeberler azerbaycan xeberleri son xeberler hava haqqinda xeber.az dunya xeberleri azerbaycan son xeber bugun