Dünya Bankı "Doing Business" hesabatının dərcini müvəqqəti dayandırır
Dünya Bankı Qrupu "Doing Business" hesabatı ilə əlaqədar açıqlama yayıb.
Milli.Az APA-ya istinadən verdiyi məlumata görə, 17 illik mövcudluğu müddətində "Doing Business" hesabatı biznes fəaliyyəti ilə məşğul olma xərclərini ölçmək istəyən ölkələr üçün dəyərli vasitə olmuşdur. "Doing Business" indikatorları və metodologiyası hansısa ayrıca götürülmüş ölkəni nəzərə almır, əksinə, ümumi biznes mühitinin yaxşılaşdırılmasına kömək edir.
2017 və 2019-cu illərin oktyabr ayında dərc olunmuş "Doing Business 2018" və "Doing Business 2020" hesabatlarında məlumatların dəyişdirilməsi ilə bağlı bir sıra pozuntuların olması məlum olub. Məlumatlarda bu dəyişikliklər "Doing Business" metodologiyasına uyğun olmayıb.
"Biz dərhal son beş "Doing Business" hesabatı üçün institusional məlumatların araşdırılması prosesindən sonra baş verən məlumat dəyişikliklərinin sistematik şəkildə nəzərdən keçirilməsi və qiymətləndirilməsini aparırıq. Dünya Bankı Qrupunun müstəqil Daxili Audit funksiyasından "Doing Business" üçün məlumatların toplanması və ekspertizası proseslərinin və məlumatların bütövlüyünü qorumaq üçün nəzarət sisteminin auditini aparmağı xahiş etmişik. Biz müəyyənləşdirilmiş faktlara əsaslanaraq hərəkət edəcəyik və pozuntuların təsirinə ən çox məruz qalmış ölkələr üzrə məlumatları retrospektiv olaraq düzəldəcəyik", - açıqlamada deyilir.
Dünya Bankının İcraçı Direktorlar Şurasına, habelə məlumat pozuntularının təsirinə ən çox məruz qalmış ölkələrin hökumət orqanlarına vəziyyət haqqında məlumat verilib.
"Doing Business" hesabatının dərc edilməsi qiymətləndirməmizin aparıldığı müddətdə dayandırılacaq.
Milli.Az /news.milli.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar