Dünya bu qalmaqallı dialoqdan danışır - Kim kimə nə dedi?

Dünya bu qalmaqallı dialoqdan danışır - Kim kimə nə dedi?Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski və amerikalı həmkarı Donald Tramp Ağ Evin Oval kabinetində 45 dəqiqəlik mətbuat brifinqi keçirib və Birləşmiş Ştatların Ukraynaya yardımı ilə bağlı iclas qızğın mübahisə ilə yekunlaşıb. Gərginlik vitse-prezident J.D.Vensin Ukraynanın ABŞ ilə razılaşmalı olması ilə bağlı şərhindən sonra başlayıb. 
KONKRET.az "Qafqazinfo"ya istinadla həmin dialoqun dünya mediasının gündəmini zəbt etdiyini nəzərə alaraq, mühim hissələrini təqdim edir:
– Vens: Hesab edirəm ki, sizin Oval Ofisə gəlib bunu ABŞ mediası qarşısında müzakirə etməyə çalışmanız hörmətsizlikdir. Əsgər qıtlığı yaşayırsınız və çağırışçıları cəbhəyə göndərirsiniz. Prezidentə təşəkkür etmək lazımdır.
– Zelenski: Heç Ukraynaya gəlmisiniz ki, bizim problemlərimizin nə olduğunu deyirsiniz? Bir dəfə gəlin!
Vens: Görüntüləri izlədim. Siz insanları təbliğat səfərinə aparırsınız, cənab prezident. Razı deyilsiniz ki, sizin hərbi probleminiz var?
– Zelenski: Suallar həddən artıq çox oldu. Başdan başlayaq. Müharibə zamanı hamının problemləri olur, hətta sizin də. Gözəl bir okeanınız var. İndi hiss etmirsən, amma gələcəkdə hiss edəcəksən.
– Tramp: Bizə nə hiss edəcəyimizi söyləməyin. Biz problemləri həll etməyə çalışırıq. Hisslərimizi bizə diktə etmək iqtidarında deyilsiniz. Özümüzü çox yaxşı hiss edirik. Sizin etdiyiniz bu ölkəyə hörmətsizlikdir. Hazırda yaxşı vəziyyətdə deyilsiniz. Sizdə kartlar yoxdur.
– Zelenski: Mən kart oynamıram!
– Tramp: Bəli, oynayırsınız. Üçüncü dünya müharibəsi üzərində qumar oynayırsınız. Etdiyiniz hər şey bu ölkəyə hörmətsizlikdir. Siz o qədər də minnətdar deyilsiniz.
– Vens: Bir dəfə "sağ ol" demisən?
– Tramp: Ölkənin başı bəladadır.
– Zelenski: Cavab verə bilərəm?
– Tramp: Xeyr, yetərincə danışdın. Bu müharibəni qazana bilməyəcəksən. Amma bizim sayəmizdə idarə etmək şansınız var.
– Zelenski: Ölkəmizi tərk etməyəcəyik. Güclü olmağa davam edəcəyik. Müharibənin başlanğıcından təkik. Sizə təşəkkür etdim.
– Tramp: Axmaq prezidentimiz (Baydeni nəzərdə tutur – red) sizə 350 milyard dollar verdi. Sizə silah yardımı etdik.
– Zelenski: O prezidenti siz seçdiniz.
– Tramp: Amma bizim ordumuzdan istifadə etdilər. Əgər bizim silahlarımız olmasaydı, bu müharibə iki həftəyə bitərdi.

Siyasi       Tarix: 01 mart 2025
f Paylaş

Oxşar xəbərlər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbərlər azərbaycanda son xeberler azerbaycan cəbhədən son xəbərlər cebheden xeber