Dünya ərzaq qıtlığı ilə üz-üzədir: Ölkələr taxıl uğrunda mübarizə aparır - TƏHLİL

Dünya ərzaq qıtlığı ilə üz-üzədir: Ölkələr taxıl uğrunda mübarizə aparır - TƏHLİLDünya ölkələri ərzaq qıtlığının yarana bilmə ehtimalı haqqında düşünürlər. Hazırda qlobal miqyasda ərzaq qiymətləri sürətli şəkildə artır. Məsələnin kökündə isə taxıl ehtiyatlarının kəskin azalması dayanıb. Təkcə buğda ehtiyatları son 14 il ərzində ən aşağı səviyyəyə enib. Bu isə beynəlxalq ticarət balansının dəyişməsinə, buğda qiymətlərinə yüksək təzyiq göstərməyə davam edə, hətta çörək zavodlarından bütün digər taxıl tədarükçülərinə qədər bir çox qida istehsalçılarının da xərcləri arta bilər.
Dünyada taxıl ehtiyatları azalır, Çin ehtiyatlarını artırır, qida məhsulları bahalaşır
ABŞ Kənd Təsərrüfatı Departamentinin məlumatlarına görə, Çinin 2022-ci ilin birinci yarısında dünyanın qarğıdalı ehtiyatlarının 69 faizinə, düyü ehtiyatının 60 faizinə və buğda ehtiyatlarının isə 51 faizinə sahib olacağı gözlənilir. Ölkənin Milli Ərzaq və Strateji Ehtiyatlar Administrasiyasının taxıl məhsulları üzrə rəhbəri Qin Yuyun bildirib ki, Çinin hazırkı ərzaq ehtiyatları tarixi yüksək səviyyədə saxlanılıb, hətta mövcud buğda ehtiyatları bir il yarım tələbatı ödəməyə kifayət edəcək.
Çinin ərzaq təminatında problem yoxdur, ölkənin iki əsas taxıl ehtiyatı olan buğda və düyü ehtiyatları artmağa davam edir
Çinin 2021-ci il üzrə illik taxıl istehsalı 650 milyard kiloqramı keçəcək. Taxıl ehtiyatlarının artırılması ölkənin ərzaq təminatını da gücləndirib. Hazırda Çin dünya taxıl ehtiyatının yarısından çoxunu özündə saxlayır. Bu isə dünyada qiymətlərin kəskin artmasına və daha çox ölkənin qıtlıqla üz-üzə qalmasına səbəb olub.
Pandemiya bütün dünyanı kənd təsərrüfatı üzrə tədarük zəncirini pozdu və potensial ərzaq böhranı təhdidini yaratdı. Lakin, Çin daha əvvəldən, may ayında pandemiya fonunda ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı həm yaxın, həm də uzunmüddətli planlar hazırlayacağını və həyata keçirəcəyini bildirmişdi. Yəni, Çinin ABŞ, Braziliya və digər təchizatçı ölkələrdən taxıl məhsulları idxalını kəskin şəkildə artırmasının səbəbi var idi. Bir çox Çin şirkətinin idxal rəqəmləri çox yüksək idi. Bunun dünyada ərzaq qiymətlərinin artması ilə nəticələnəcəyi bildirilir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən hesablanan ərzaq qiymətləri indeksi noyabr ayında əvvəlki ilə nisbətən təxminən 30 faiz yüksək olub. Tokionun Təbii Resurs Tədqiqat İnstitutunun prezidenti Akio Şibata Çinin həddindən artıq ehtiyat toplamasını qiymət artımına əsas səbəb hesab edib. "NIKKEI Asia" nəşri isə yazır ki, bu, planetdə bir sıra ölkələrdə aclığa səbəb olub. Hazırda taxıl ehtiyatlarının təhlükəsizliyinin idarə edilməsi ilə bağlı yeni vəziyyət və suallar yaranıb, Çinin taxıl ehtiyatlarının təhlükəsizliyinə ciddi problemlər yaratdığı bildirilir.
Nəhəng taxıl tədarükçüləri də qıtlıq ehtimalı ilə ehtiyat edir
Dünyanın ən böyük taxıl tədarükçüsü olan Rusiya isə taxıl qıtlığı ehtimalını nəzərə alaraq əsas məhsulu ölkə daxilində saxlamaq üçün qiyməti və ixrac vergisini artırır. Lakin, məhsula tələb olduqca yüksəkdir. Baxmayaraq ki, Rusiyanın buğda ixracı 2021-ci ildə 31-32 milyon ton səviyyəsində proqnozlaşdırılmışdı, ölkə iyulun 1-dən dekabr ayının 1-dək buğda ixracını illik müqayisədə 18 faiz azaldaraq 18,8 milyon tona endirib. Rusiya buğdasının ixracı ötən mövsümlə müqayisədə 26 faiz aşağı olub. Federasiyada buğda istehsalının 2021-2022-ci illərdə əlverişsiz hava şəraiti ilə əlaqədar az olacağı ehtimal edilir.
Rusiya ixrac rüsumlarını daha da artırmağı düşünür
Son iki ilə nəzər saldıqda Rusiyada taxılın qiyməti 2019-cu ilin dekabr ayı ilə müqayisədə 58,7 faiz, 2020-ci ilin müvafiq ayı ilə müqayisədə isə 33,1 faiz artıb. Əgər buğdanın qiyməti hər ton üçün 375 ABŞ dollarına çatarsa, daha yüksək ixrac vergisi tətbiq ediləcək. Qiymətlər hər ton üçün 400 dolları ötdükdə isə kvotalar daha da artırılacaq. Müvafiq rüsumlar xaricə satışları azaltmaq və yerli ərzaq inflyasiyasını səngitmək məqsədi daşıyır. Hazırda Rusiyanın 2022-ci ilin birinci yarısında yeni taxıl ixracı kvotaları müəyyən edəcəyi və daha yüksək ixrac vergisi tətbiq etməsi gözlənilir.
Rusiyada taxılın qiyməti artdıqca Avropa İttifaqı ölkələri ixrac həcmini genişləndirməyi planlaşdırır. Lakin bununla belə Avropa İttifaqı ölkələrinin nəzərdə tutduğu ixrac həcmi 2019-2020-ci illərin ixrac həcmindən (36,8 milyon ton) azdır. 2021-2022-ci illər üçün Aİ-nin 32 milyon ton buğda ixrac etməsi nəzərdə tutulub.
Əgər Avropa İttifaqı ixracı artıra bilməsə, bunun tükənən ehtiyatlarla bağlı yarana biləcək böhranı daha da dərinləşdirəcəyi gözlənilir. Hazırda Ukraynanın da 2022-ci ilin birinci yarısında buğda ixracına məhdudiyyətlər qoymağı planlaşdırdığı bildirilir. /konkret.az

Sosial       Tarix: 30 dekabr 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Çox yalan danışan kişini ifşa edən 6 ifadə

Tez-tez yalan danışan insanı bəzən yalnız sözlərindəki ziddiyyətlərə görə deyil, söhbət zamanı mütəmadi istifadə etdiyi bəzi xarakterik ifadələrə görə də tanımaq mümkün ola bilər. Psixologiya üzrə mütəxəssislər bildirirlə

Həkimlər səhər beyni oyatmağın sadə üsullarını açıqlayıblar

Günə enerjili başlamaq və yaddaşı gücləndirmək üçün beyni düzgün şəkildə "oyatmaq" vacibdir. Ufa Müharibə Veteranları Hospitalının həkimləri bunun üçün sadə, lakin faydalı üsullar tövsiyə ediblər. Mütəxəssisləri

Azərbaycanda 53 yaşlı həkim göldə batdı

Goranboy rayonunda 1973-cü il təvəllüdlü Sevda Nəbiyeva göldə batıb. Teleqraf-a istiandla xəbər verir ki, hadisə Səfikürd kəndi ərazisində qeydə alınıb. 53 yaşlı qadının meyiti göldən çıxarılıb. Qadının Goranboy rayon Təcil

Köhnə dolları olanların diqqətinə: Banklar niyə imtina edir?

ABŞ dolları Azərbaycanda ən çox istifadə edilən xarici valyutalardan biridir. Son vaxtlar isə bəzi bankların köhnə seriyadan olan və ya cüzi zədələnmiş dollar əskinaslarını qəbul etməməsi vətəndaşların narazılığına yol açıb

Azərbaycanda bu valyuta bahalaşdı

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. -ın məlumatına görə, iyulun 1-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, Türkiyə lirəsi isə 0,0364 manat təşkil edib. Öz növbəsində, Rusiyanı

​Xəzər insanları "udur": batmamaq üçün nə etməli?

Hər il yay mövsümünün gəlişi ilə Xəzər dənizində bədbəxt hadisələrin və boğulma hallarının sayı kəskin şəkildə artır. İsti hava şəraitində sərinləmək üçün çimərliklərə axışan yüzlərlə insan təəssüf ki, bəzən suyun gizli təhlükələrin

Yayda hansı qidalar daha təhlükəlidir? - Ekspertlərdən vacib xəbərdarlıq

"İstənilən qida məhsulu fermer təsərrüfatından istehlakçıya çatana qədər "soyuq zəncir" prinsipi ilə daşınmalı və saxlanmalıdır. Bu prinsip pozulduqda qida artıq çirklənmiş və təhlükəli hesab olunur. Azərbayca

Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin

Yay aylarında havaların həddindən artıq isti keçməsi bir çox insanın yuxu keyfiyyətinə mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, səhər yorğun oyanmağın səbəblərindən biri də yataq otağında yüksək temperaturun olmasıdır

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Ukraynada davam edən hərbi əməliyyatlarda daha bir azərbaycanlı həlak olub. xəbər verir ki, 1982-ci il təvəllüdlü Abdullayev Vüsal Bəşir oğlu şiddətli döyüşlər zamanı həyatını itirib. Mərhumun nəşi bu gün Azərbaycana gətirilib


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber saytlari bugun xeberler dunyada son xeberler cəbhədən son xəbərlər 2026