Dünya mediası 'La Figaro' və onun direktor müavinini hədəf aldı - Birtərəfli ermənipərəst mövqeyinə görə

Dünya mediası 'La Figaro' və onun direktor müavinini hədəf aldı - Birtərəfli ermənipərəst mövqeyinə görə"Müstəqil media qərəzsiz olmalı və lobbi qruplarının maraqlarına xidmət etməməlidir. Beynəlxalq mətbuat olaraq "Le Figaro Magazine" jurnalının redaktor müavini Jan Kristof Buissonun azərbaycanlılar və Qarabağ haqqında "Twitter"də yazdığı məlum açıqlamanı qınayırıq".
Azxeber.com "Ölkə.Az"-a istinadən xəbər verir ki, bu barədə dünya ölkələrinin media qurumlarının qoşulduğu bəyanatda bildirilir:
"Mətbuat heç vaxt birtərəfli olmamalıdır. Ancaq tamamilə aydındır ki, cənab Jan Kristof Buisson bunu başa düşmür, bəlkə də başa düşmək istəmir Və bunu öz maraqları üçün edir. Necə ola bilər ki, özünü demokratik və azad mətbuat hesab edən "Le Figaro Magazine" jurnalının redaktor müavini erməni lobbisinin maraqlarını müdafiə edir? Bu, "Le Figaro Magazine" jurnalının demokratik və ya bitərəf bir jurnal olmadığı anlamına gəlirmi? Jan Kristof Buissonun "Twitter" hesabında yazılan fikri üçün yalnız Buisson deyil, "Le Figaro Magazine"nin bütün komandası böyük məsuliyyət daşıyır.
Əlavə olaraq qeyd etmək lazımdır ki, Azərbaycan həmişə dünyəvi bir ölkə olmuşdur, Azərbaycanın hər yerində, müxtəlif xalqların və dinlərin vətəni olaraq, sinaqoqlar, məscidlər, kilsələr və hətta atəşpərəstlərin məbədləri vardır. Çünki tarixi inkişaf, coğrafi mövqe və etnik tərkib Azərbaycanda dini müxtəlifliyin mövcudluğunu müəyyən edirdi. Azərbaycan həm Azərbaycanda, həm də xaricdə multikulturalizm və dini abidələrin qorunması dəyərlərinə sadiqdir. Tarixdə ilk dəfə olaraq, əksər əhalisi müsəlman olan Azərbaycan, Vatikanda olduğu kimi, Fransa və digər ölkələrdə də xristian abidələrinin bərpasına öz töhfəsini verdi. Azərbaycan Vatikandakı Müqəddəs Marcellinus, Müqəddəs Pyotr və Müqəddəs Sebastyan katakombalarının, həmçinin Fransada Notre Dame kilsəsinin bərpasına maliyyə dəstəyi göstərdi. Bütün bunlar o deməkdir ki, Azərbaycan həmişə dini tolerantlığı ilə seçilib.
Hamımız bilirik ki, ermənilərin Azərbaycanın mədəni dəyərlərinə vurduğu ziyan çox böyükdür. Ermənilər Qarabağdakı Azərbaycan mədəni irsini məhv edərək tarixi, mədəni, dini şah əsərləri və abidələri qarət etdilər. Bir neçə tarixi muzeyi, 500-dən çox tarixi və memarlıq abidəsini, 100 arxeoloji tapıntı mərkəzini, 40 000 eksponatı olan 22 muzeyi, 9 sarayı, 44 məbədi, onlarla məscidi, 4 sənət qalereyasını, yüzlərlə qədim türbə və qalaları talan etdilər. Dini abidələri sui -istifadə obyektinə çevirərək, qəsdən məscidləri və digər dini məbədləri donuz yuvasına çevirdilər. Ermənilər Qarabağda misilsiz vəhşiliklər törədiblər. Ekoloji fəlakətin miqyası da çox böyükdür. Ermənilər fosfor bombalarından istifadə edərək, Şuşada sıx meşələri yandıraraq bütün ekosistemə bərpaolunmaz ziyan vurublar.
Dünya birliyi və beynəlxalq təşkilatlar "Artsakh"ı tanımır, çünki bu termin beynəlxalq hüquqda yoxdur. Yalnız Qarabağ var və bu Azərbaycanın tarixi ərazisidir! Azərbaycan öz ərazisini azad edə bildi. 
Bəlkə də Jan Kristof Buisson tarixi yaxşı bilmir və bu hadisələrdən xəbərsizdir. Yaxşı, onda sizdən Qarabağ tarixini öyrənməyinizi və bu məsələni düzgün araşdırmağınızı xahiş edirik! "Le Fígaro Magazine" neytral bir mediadırsa, o zaman erməni lobbisinin maraqlarına uyğun hərəkət etməməlidir".
Qeyd edək ki, aşağıdakı ölkələrin media qurumları bu məsələyə öz reaksiyasını bildirib. Jan Kristof Buissona təpki göstərən jurnalistlərin sayının daha da artacağı gözlənilir.
İspaniya: 
//es.horrapress.eu/archivos/4212
Meksika: 
Ekvador: 
//centroecuador.ec/medios-de-azerbayian-reaccionan-ante-publicacion-de-lefigaron-maggazine/ 
Dominikan Respublikası: 
Panama: 
Nikaraquanın Dövlət televiziyası: TN8 - Globo TV NIC.

Siyasi       Tarix: 14 sentyabr 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bugun 2026 novruz bayramı son xeberler azerbaycan valyuta məzənnələri