Dünya ulduzlarının dietoloqundan arıqlamağın 4 QIZIL QAYDASI

Dünya ulduzlarının dietoloqundan arıqlamağın 4 QIZIL QAYDASIMaykl Mosli Hollivud ulduzları da daxil olmaqla minlərlə insana arıqlamağa kömək edən 5:2 arıqlama sisteminin müəllifi, tanınmış diyetoloq və yazıçıdır.
KONKRET.az xəbər verir ki, həkim "MailOnline" üçün son köşə yazısında öz sisteminin dörd universal prinsipindən bəhs edib. Bu prinsiplər arıqlamaq və ya çəkisini stabil saxlamaq istəyənlər üçün bələdçi ola bilər.
Zərərli yeməklərdən qurtulun
Artıq çəkidən xilas olmağa qərar verənlər üçün Mosli bütün zərərli yeməkləri evdən çıxarmağı tövsiyə edir. Arıqlayanların mətbəx şkaflarında, soyuducularında çips, zərərli şirniyyat, xəmir və digər faydasız kalorilərə yer yoxdur. Maykl köşəsində yazır ki, ən birinci ətrafınızda sağlam qidalanmağı asanlaşdıran bir mühit yaratmalısınız.
Gündəlik tutun
Doktor Mosli gün ərzində yediyiniz hər şeyi – kağıza, telefonunuzdakı qeydlərə və ya xüsusi proqrama yazmağı tövsiyə edir. Bu yolla yediyiniz kalori miqdarına nəzarət edə bilərsiniz. Ekspertin fikrincə, nəticəni görmək, motivasiya əldə etmək və rasionu düzəltmək üçün mütəmadi olaraq həm də çəkinizi ölçməlisiniz.
Daha çox hərəkət edin
Həkimin sözlərinə göər, arıqlamaq üçün idman zalına getmək lazım deyil. İstənilən məşğuliyyət növü idmanı əvəz edə bilər, müntəzəm gəzinti, ev işləri, səhər yüngül gimnastikası və.s. Əsas odur ki, hərəkətsiz həyat tərzindən uzaq olun.
Sağlam düşüncəli və sağlam həyat tərzi sürən insanlarla dostluq edin
Doktor Mosli hesab edir ki, tək arıqlamaq o qədər də asan deyil. O, sizinlə həmfikir olan, sağlam qidalanan, bədəninin qayğısına qalan insanlar tapmağı məsləhət görür. Beləliklə, daha çox motivasiya olacaq və dəstək alacaqsınız, həm də öz məsuliyyətinizi hiss edəcəksiniz. Bu gün arıqlamağa çalışan qrupları sosial şəbəkələrdə tapmaq çox asandır. Publika.az

Sağlamlıq       Tarix: 29 iyul 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler azerbaycan xeber.az son xeberler ən son xəbərlər bugün xeberler bugun