Dünyada ilk biorobotlar düzəldildi
Dünyada ilk biorobotlar düzəldildi
ABŞ-ın Vermont Universitetinin alimləri tamamilə canlı hüceyrələrdən ibarət ilk robotu hazırlayıblar.
Bu barədə "Science Alert" nəşri yazır.
Alimlər öz ixtiralarını ksenobotlar adlandırıblar. Biorobotlar 500-1000 hüceyrədən ibarət submillimetr ölçüdə kiçik kürəciklərdir. Onlar hərəkət edə, bir yerə cəmlənə və kiçik "yükləri", məsələn dərmanları daşıya bilirlər.
Tədqiqatçılar superkompüter və alqoritmlərdən istifadə edərək "Xenopus laevis" qurbağasının dərisi və ürəyinin bir neçə yüz hüceyrəsini müxtəlif konfiqurasiyalarda birləşdirə biliblər. Alimlər lazımi, məsələn hərəkət etmək bacarığı ilə bağlı parametrləri yeridiblər, alqoritm isə bu tapşırıq üçün uyğun hüceyrələr qrupunu generasiya edib. Ümumilikdə minə qədər konfiqurasiya generasiya edə biliblər. Alimlər onlardan ən yaxşılarını mikroskopik maqqaş və elektrodla seçib götürüblər.
Maşınlar suda bir həftə ərzində əlavə qidalandırıcı maddəyə ehtiyac olmadan hərəkət ediblər. Dəri hüceyrələri ksenobotların gövdəsi rolunu oynayıb, ürək əzələlərinin hüceyrələri isə onların hərəkət etmək bacarığını təmin edib.

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb