Dünyada üç kafe "gizli agentlərlə dolmağa başladı": Casusların görüş məkanları hansılardır? - FOTO

Dünyada üç kafe Dünyada üç kafe "gizli agentlərlə dolmağa başladı": Casusların görüş məkanları hansılardır? - FOTO
Gizli agent və casusların dünyada görüş məkanları olan kafelər müəyyən edilib.
Məlum olub ki, Dubay, London və Vyana şəhərlərində yerləşən üç kafe kəşfiyyat orqanlarının və casusların əsas görüş nöqtəsinə çevrilib. Səbəb isə rəqəmsal mühitin etibarsızlığıdır.
Belə ki, son illərdə "Wikileaks", CIA (ABŞ), MI6 (İngiltərə) və SVR (Rusiya) saytlarından sızan məxfi məlumatlar beynəlxalq kəşfiyyat təşkilatlarını "köhnə üsullara qayıtmağa" məcbur edib. Qlobal kəşfiyyat dünyasından xəbərlər təqdim edən "Intelligence Online" saytı dünyada üç kafenin artıq "agentlərlə dolmağa başladığını" bildirib.
1. "Tasha Café" - "Dünyanın sərvət şəhəri" sayılan Dubaydakı "Tasha Café"yə gələn müştərilər 3 qrupa bölünüb. Günün gərgin iş saatlarında buraya dünyanın hər yerindən iş adamları gəlir. Günortadan sonra əsasən ərəb əmirləri, şahzadələr, kral ailəsi üzvləri və onların qohumları kafeni ziyarət edirlər. "Tasha Café"nin ən diqqətçəkən qonaqları isə səhər saatlarında olur. Səhərlər Yaxın Şərqdəki ABŞ, İngiltərə, İsrail, İran, Rusiya və ya Çin agentləri masaları doldurmağa başlayırlar. Bu görüşlər zamanı kəşfiyyat məlumatlarının paylaşıldığı da bildirilir.
2. "1 Lombard Street Restaurant-Bar" - 2 əsrdir dünyanın "Casus paytaxtı" hesab edilən Böyük Britaniyanın London şəhərinin tam mərkəzində yerləşən bu restoranın qonaqları əsasən müxtəlif ölkələrin özəl detektivləri və kəşfiyyatçılarıdır. "1 Lombard Street Bar"a üstünlük verilməsinin əsas səbəbi isə kənardan az nəzərə çarpmasıdır. Bu restoran, demək olar ki, tamamilə şəxsi yemək otaqlarına malik olduğu üçün Londondakı beynəlxalq agentlərin öz əlaqə qaynaqları və məlumat mənbələri ilə görüşmək üçün üstünlük verdikləri məkandır.
3. "Café Schwarzenberg" - Avstriyanın paytaxtı Vyana Rusiya-Ukrayna müharibəsi başlayandan bəri "Avropanın casus paytaxtı" olaraq təqdim edilir. Rus, Amerika və Çin casuslarının ən çox məskunlaşdığı Vyanadakı ortaq nöqtələri şəhərin ən məşhur kafelərindən biri olan "Café Schwarzenberg"dir. 1861-ci ildən fəaliyyət göstərən kafe keçmişdən bu günə qədər qitədə "agentlərin görüşdüyü yer" kimi yaddaşlara həkk olunub. Əvvəlcə nasist zabitləri, daha sonra  sovet zabitləri tərəfindən kəşfiyyat məlumatlarının paylaşıldığı məkan kimi tarixə düşən kafe hazırda gizli kəşfiyyat yığıncaqlarının keçirildiyi yer kimi məşhurlaşıb.
Dünyada üç kafe Dünyada üç kafe Dünyada üç kafe Dünyada üç kafe Dünyada üç kafe Dünyada üç kafe Dünyada üç kafe Dünyada üç kafe Dünyada üç kafe Mənbə: Haber Global   / oxu.az

Maraqlı       Tarix: 03 oktyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeber az xeberlər maraqlı xəbərlər sonxeber