Dünyanı yeni virus çalxalayır: Azərbaycanda da yayılacaq? - XƏBƏRDARLIQ

Dünyanı yeni virus çalxalayır: Azərbaycanda da yayılacaq? - XƏBƏRDARLIQRusiyada meymunçiçəyi virusunun yenidən aşkarlanması cəmiyyətdə narahatlıq yaradıb. Məlumata görə, Sankt-Peterburq şəhərində iki nəfərdə meymunçiçəyi infeksiyası qeydə alınıb. Xəstəliyin Taylanddan istirahətdən qayıdan kişilərdə aşkar edildiyi bildirilir. Fevral ayının əvvəlindən etibarən isə Rusiya ərazisində ümumilikdə beş yoluxma faktı təsdiqlənib. Maraqlıdır, meymunçiçəyi COVID-19 kimi sürətlə yayıla bilən virus hesab olunurmu?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən terapevt Rasif Bağırov bildirib ki, meymunçiçəyi virus infeksiyası olsa da, onun COVID-19 kimi sürətlə kütləvi yayılma xüsusiyyəti yoxdur.
Dünyanı yeni virus çalxalayır: Azərbaycanda da yayılacaq? - XƏBƏRDARLIQOnun sözlərinə görə, xəstəlik nadir hallarda rast gəlinir və əsasən epizodik şəkildə müxtəlif bölgələrdə ortaya çıxır:
"Bu virus geniş və sürətli yayılma təhlükəsi ilə seçilmir. Əlamətləri əsasən suçiçəyinə bənzəyir, lakin səpgilər bir qədər iri olur. Yoluxma həm yuxarı tənəffüs yolları, həm də yaxın kontakt vasitəsilə baş verir. Adətən ağır fəsadlar müşahidə olunmur, yalnız hər hansı orqana təsir etdikdə xəstəliyin gedişi ağırlaşa bilər".
Həkim qeyd edib ki, meymunçiçəyi daha əvvəl müxtəlif ölkələrdə, o cümlədən Azərbaycan ərazisində də qeydə alınıb və ciddi epidemioloji gərginlik yaratmadan nəzarət altına alınıb.
"Xəstəlik əsasən dəridə suçiçəyini xatırladan, lakin daha iri ölçülü qırmızı səpgilərlə özünü göstərir və vaxtında tibbi nəzarət olduqda ciddi təhlükə yaratmır. Buna görə də hazırkı yoluxma halları pandemiya riski kimi qiymətləndirilmir".
Müşviq Tofiqoğlu
KONKRET.az

Sağlamlıq       Tarix: 18 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR 

Akademik tibbə meydan oxuyan tibb bacısı: Elizabet Kenni necə məşhurlaşdı?. Heç düşünmüsünüzmü, yüksək elmi dərəcələri olmayan, lakin böyük şəfqətə, müşahidə qabiliyyətinə və akademik doqmalara qarşı çıxmaq cəsarətinə mali

Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı

"Bu briket insanı 24 saat ərzində yaşatmaq üçün nəzərdə tutulub, — serjant xırıltılı səslə izah etdi. — Onun tərkibində vitaminlər, mineral maddələr, zülallar və selitra var. Bir sözlə, rəhbərliyin əsgər orqanizmi üçü

Xərçəng xəstəsi ilə eyni evdə yaşamaq təhlükəlidirmi? – MÜHÜM AÇIQLAMA

Xərçəng xəstəliyi ilə bağlı cəmiyyətdə yayılan yanlış təsəvvürlərdən biri də onun yoluxucu olmasıdır. Halbuki xərçəng xəstəsi ilə eyni evdə yaşamaq, ünsiyyətdə olmaq, eyni qab-qacaqdan istifadə etmək və ya fiziki təmasd

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən görüntüleri son xeberler bugun 2026 azerbaycan hava proqnozu krimnal bugun