Dünyanın ən bədbəxt iqtisadiyyatları: inanılmaz reytinq
Bloomberg agentliyinin açıqladığı dünyanın ən bəxtsiz iqtisadiyyatları sıralamasında ABŞ Rusiyadan da geri düşüb.
Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, agentlik siyahını hazırlayarkən inflyasiya və işsizlik göstəricilərini əsas götürür. Analitiklərin fikrincə, bu və ya digər ölkənin vətətndaşının necə yaşadığına dair bundan yaxşı göstərici ola bilməz.
Ümumilikdə agentlik 60 ölkənin iqtisadiyyatını araşdırıb. ABŞ bir il ərzində reytinqdə 50-dən 25-ci yerə düşüb, bu isə o deməkdir ki, ölkədə həyat səviyyəsi xeyli pisləşib.
"2020-ci il dünyanın ən bədbəxt iqtisadiyyatları reytinqində ABŞ Rusiya və Meksikadan da bərbad durumdadır", - agentlik yazıb.
Siyahıya artıq altıncı ildir ki, Venesuela başçılıq edir. Autsayderlər arasında Bloomberg Argentina, Cənubi Afrika və Türkiyənin də adını çəkir.
Tailandla Sinqapurun iqtisadiyyatını agentlik nisbətən "xoşbəxt" sayıb. Bir neçə ölkə də il ərzində siyahıdakı mövqelərini yaxşılaşdıra bilib. Bunlardan Lüksemburq (30-dan 47-ə qalxıb) və Çini (37-dən 44-ə qalxıb) göstərmək olar.
Bundan öncə məlumat verilmişdi ki, ABŞ-ın ÜDM-inin azalması ötən ilin müvafiq dövrünə nisbətdə 2020-ci ilin ikinci rübü ərzində 32.9 faiz təşkil edib. Bu, 1947-ci ildən (Amerika hökuməti statistika aparmağa başlayandan) bəri ən böyük çökmə sayılır. Ölkədə işsizliyin səviyyəsi isə 1930-cu illərdən bəri ən yüksək olub.
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar