Dünyanın ən məşhur geyim brendləri açıqlandı
Dünyanın ən məşhur geyim brendləri açıqlandı
Moda dünyasına daha çox təsir göstərən ən məşhur geyim markaları və insanlarının siyahısı dərc edilib.
Reytinq "Highsnobiety" portalının və moda sənayesində istehlakçının davranışının təhlili üzrə ixtisaslaşan "Lyst" platformasının birgə tədqiqatının nəticələri əsasında hazırlanıb.
Beləliklə, reytinqdə "Jacquemus", "Salomon", "Stand", "Fear Of God" və "Peter Do" kimi bredlər yer alıb, dəbə təsir göstərən insanların siyahısında isə rusiyalı müğənni Katya Kişuk, "Eyforiya" serialının aktrisası Hanter Şafer (Hunter Schafer), "TikTok"un ulduzu Çarli Damelio (Charli DAmelio) və reper "Slowthai" və başqaları yer alıblar.
Qeyd olunur ki, hər bir kateqoriya üzrə müvafiq olaraq 250 və 300 namizəd olub, liderlərin müəyyən edilməsi üçün isə xüsusi hazırlanmış mexanizm istifadə olunub. Belə ki, xüsusi proqramlar vasitəsilə "Google"da, sosial şəbəkələrdə şirkətlərin və məşhurların adlarına olan sorğuların, eləcə də mətbuatda, bloqlarda və şərhlərdə onların adlarının çəkilmə sayı hesablanıb.
Finalçıları Moskvadakı KM20 mağazasının təsisçisi Olqa Karput, stilist Markus Pol (Marcus Paul), "Interview" jurnalının kreativ direktoru Mel Ottenberq (Mel Ottenberg) və "Highsnobiety"nin baş direktoru Kristofer Morensi (Christopher Morency) seçiblər. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb