Dünyanın ən məşhur vunderkind neyrocərrahı: "Fəxr edirəm ki, bakılıyam" - FOTO

Dünyanın ən məşhur vunderkind neyrocərrahı: Dünyanın ən məşhur vunderkind neyrocərrahı: "Fəxr edirəm ki, bakılıyam" - FOTO
Konstantin Slavin tanınmış neyrocərrah, İllinoys Universitetinin (ABŞ) professoru və Dünya Stereotaktik və Funksional Neyrocərrahiyyə Cəmiyyətinin prezidentidir. Karyerası ərzində o, 10 mindən çox unikal əməliyyat keçirib, onun yanına dünyanın hər yerindən xəstələr yollanırlar. Eyni zamanda, mütəxəssis peşə yoluna başladığı yeri də unutmur. O, ilk tibb təhsilini Azərbaycan Dövlət Tibb İnstitutunda alıb.
Konstantin Slavin Bakıda anadan olub və ana tərəfdən azərbaycanlı köklərə malikdir. Sovet dövründə o, beş yaşında birinci sinfə getdiyi və 13 yaşında universitetə ​​daxil olduğu üçün vunderkind uşaq kimi tanınıb.
Media.Az K.Slavinlə ABŞ-də sıfırdan karyera qurmaq və funksional neyrocərrahiyyənin xüsusiyyətləri barədə danışıb.
Slavin karyerasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin oynadığı inanılmaz roldan danışıb. Onun sözlərinə görə, Tibb İnstitutunda ən gənc tələbə olduğu üçün təhsil müəssisəsi onu qəbul etməkdən çəkinib.
"Bu məsələdə Heydər Əliyevin böyük rolu olub. Heydər Əliyeviç mənim inkişafımın bir çox mərhələlərində iştirak edib. Mən bunu o illərdə dərk etmirdim. Onu iki dəfə görmüşəm. İlk dəfə birinci sinifdə Siyasi Büro üzvlərinə gül təqdim edəndə, ikinci dəfə onunla tibb tələbəsi kimi səhnədən danışdım. Yadımdadır, o, mənə o qədər maraqla baxırdı ki..."
Dünyanın ən məşhur vunderkind neyrocərrahı: Slavin Tibb İnstitutunu bitirdikdən sonra növbəti addımın bu ixtisas üzrə ordinaturaya qəbul olduğunu bildirib.
"O vaxt Azərbaycanda belə bir bölmə yox idi. Mən Moskvaya yollandım. Ancaq orada məni həvəssiz qarşıladılar... Təsəvvür edin, oraya nə qədər insan daxil olmaq istəyir və bu vaxt Azərbaycandan bir uşaq da müraciət edir.
Evə qayıdanda Bakıda neyrocərrahiyyə üzrə ordinatura açıldı və məni dərhal oraya qəbul etdilər. Amma başa düşdüm ki, bu və ya digər sahədə respublikada ilk ordinator olmaq heç də ən yaxşı variant deyil. Yenidən Moskvaya getdim və Burdenko Neyrocərrahiyyə Milli Tibbi Tədqiqat Mərkəzinin rəhbərliyi ilə görüşdüm. Bu universitet Rusiyada neyrocərrahiyyə təhsilinin flaqmanı olub və olaraq qalır. Onun direktoru mənimlə söhbət etməkdən məmnunluğunu bildirsə də, ordinaturaya qəbul etmədi. "Bakıda təhsilini bitir və bizim aspiranturaya gəl" dedi. Bu seçim mənə sərf etmirdi. O vaxt mən məşhur yeniyetmə idim, haqqımda məqalələr yazılırdı və mən jurnalistlərin köməyindən istifadə etmək qərarına gəldim. Onların sayəsində SSRİ Səhiyyə Nazirliyinə gəldim və orada Moskvada oxumaq istəyimdən danışdım. Səhiyyə Nazirliyinin əməkdaşları Botkin xəstəxanasına zəng etdilər, orada da məni qəbul etdilər. Yeri gəlmişkən, 20-30 ildən sonra mənə "Akademik N.N.Burdenko adına Milli Tibbi Tədqiqat Neyrocərrahiyyə İnstitutunun fəxri professoru" adı verildi. Təqdimatda, təbii ki, məni ordinaturaya qəbul eləmədiklərini xatırlatdım (gülür). Hər halda, hər şey yaxşı oldu".
Dünyanın ən məşhur vunderkind neyrocərrahı: Mütəxəssis həyata keçirdiyi birinci əməliyyatdan danışıb və bunu unutmağın ilk məhəbbət kimi  mümkün olmadığını deyib.
"19 yaşında ordinator idim. Bizə ayağının sinirində şiş olan bir kişi gəldi. Onu əməliyyat etmək istədiyimi dedim və xəbərdar etdim ki, bu mənim ilk əməliyyatım olacaq. O mənə güvəndi. Hər şey yaxşı keçdi. Yadımdadır, anamın ad günü idi, 3 dekabr 1988-ci il. Dərhal ona zəng edib xəbəri bölüşdüm".
Dünyanın ən məşhur vunderkind neyrocərrahı: Karyerasını ABŞ-də davam etdirən neyrocərrah köçməzdən əvvəl sovet adamı kimi bu ölkəyə qərəzli münasibətinin olduğunu bildirib.
"Mən ABŞ-yə ilk dəfə tələbə kimi səfər etmişəm. Kollec debatlarında fəal iştirak etdim və bir həftə ərzində digər tələbələr və müəllimlərlə bir qrupda ABŞ-ni gəzmək imkanı qazandım. Lakin səfər məndə heç də xoş təəssürat oyatmadı: qorxunc hotellərdə gecələdik, bizi ən əlverişsiz bölgələrə apardılar... Qayıdanda valideynlərimə dedim: "Kasıblıq, irqçilik və televiziyada göstərilən hər şey. Amerika haqqında deyilənlər doğrudur!" Anam və atam rahat nəfəs aldılar, çünki mənim orada qalacağımdan qorxurdular.
İkincisi, artıq peşəkar səfərdən sonra ABŞ haqqında fikir dəyişdi. Başqa bir Amerika gördüm, orada perspektivlər çoxdur, insanlar yaxşı yaşayırдфк, küçələr təmizdir. Bir müddət sonra Çikaqodakı İllinoys Universitetində tədqiqat aparmaq təklifi aldım. Bu fürsəti əldən verməmək qərarına gəldim, çünki 1990-cı illərin əvvəlləri idi, SSRİ dağıldı və iqtisadi cəhətdən çətin dövrlər gəldi. Mən evli idim, bir oğlum var idi, maaşım isə cəmi 120 rubl idi. Beləliklə, ABŞ-yə köçdük, mən rezidenturaтı orada bitirdim.
Dünyanın ən məşhur vunderkind neyrocərrahı: Mütəxəssisin sözlərinə görə, onun üçün funksional neyrocərrahiyyə bu sahənin ən maraqlı ixtisasıdır.
"Əlbəttə, mən bədxassəli şişləri aradan qaldırmaqla insanları xilas etmirəm, amma onların həyat keyfiyyətini yaxşılaşdırıram. Funksional neyrocərrahiyyə hər bir insana təsir edir.
Hamımızın nə vaxtsa ağrıları olub, depressiya yaşamışıq, həyatın irəliləyən illərində Parkinson xəstəliyinin əlamətləri bizdə təzahür edə bilər. Xəstəni əlil edən vəziyyəti çox qısa müddətə aradan qaldıra bilərəm. Bir çox xəstələrimdə tremor (titrəmə) elə əməliyyat zamanı keçir. İnsanın əsəblərini yeyən xərçəng şişindən yaranan ağrı mən elektrodu daxil edən kimi yox olur. Belə anlarda insanlar yenidən doğulur və həyata başqa gözlə baxırlar. Mənim üçün bu, daha önəmlidir.
Yadımdadır, əl titrəyişindən əziyyət çəkən bir xəstəni əməliyyatdan sonra bir sutka reanimasiyada saxladıq. İnanın, bütün o 24 saat ərzində səssizcə əlinə baxdı. Mən onun yanına getdim və soruşdum: "Həqiqətən, ətrafında baş verənləri görmürsən?" O cavab verdi: "Başa düşürsünüz, bu əl 18 ildə ilk dəfədir ki, titrəmir. Mən hələ də inana bilmirəm, hər şeyin doğru olduğuna əmin olmaq istəyirəm".
Dünyanın ən məşhur vunderkind neyrocərrahı: Professor həyata keçirdiyi hər bir əməliyyatın müəyyən dərəcədə unikal və mürəkkəb olduğunu bildirib:
"Məsələn, ağrının müalicəsi üçün kəllə sümüyündə bir santimetr ölçüdə deşik açırıq və mikroskopun köməyi ilə siniri sıxan damarı tapırıq, onları bir-birindən ayırırıq, ara qat düzəldirik. Mən yüzlərlə belə əməliyyat etmişəm, lakin bu prosesdə hər dəfə adrenalin səviyyəm istər-istəməz yüksəlir. Bu, xəstə üçün çox çətin və təhlükəlidir, çünki ən kiçik bir hərəkət çox zərər verə bilər. Ancaq əməliyyatdan sonra bir insan artıq ağrısının olmadığını söyləyəndə inanılmaz müsbət emosiyalar axını hiss edirəm".
Slavin söhbətinin sonunda Birləşmiş Ştatlarda yaşadığına baxmayaraq, Azərbaycanı unutmadığını və ildə bir neçə dəfə Bakıya gəldiyini deyib.
"Valideynlərim, dostlarım, qohumlarım hələ də Bakıda yaşayırlar. Fəxr edirəm ki, bakılıyam, bizim ailə həmişə Azərbaycan adət-ənənələrinə sadiq olub. Təbii ki, indi paytaxt başqa cür görünür: fərqli imic və yeni prioritetlər var. Amma mənim üçün həmişə uşaqlığımla bağlı olacaq. Azərbaycanda həmişə dəyişməz qalan insanların mehribanlığı və qonaqpərvərliyidir. Bakı mənim evimdir, doğma şəhərimdir. Mən Azərbaycan vətəndaşı və vətənpərvər olaraq qalıram".
"Bakıya gələndə yerli həmkarlarımı görürəm və bu mövzunu müzakirə edirəm. Azərbaycanda neyrocərrahiyyə sürətlə və düzgün istiqamətdə inkişaf edir. Şübhəsiz ki, inkişaf üçün yer var. Avadanlıqda problem var, amma işini və işində çatışmayan elementləri bilən mütəxəssislər çoxdur. Hələlik Azərbaycanda böyük neyrocərrahiyyə məktəbi və bu sahədə mərhələli ixtisaslaşmış təhsil sistemi yoxdur. Amma ölkəmiz artıq bir çox sahələrdə dünyanın hər yerindən insanların toplaşdığı məkana çevrilib: biz "Formula-1" və digər böyük idman tədbirlərinə ev sahibliyi edirik... İdealda mən Azərbaycanı həm də dünyanın hər yerindən vətəndaşların yeni nəsə öyrənmək üçün gəldiyi tibb mərkəzi kimi görürəm", - deyə Slavin sözlərini yekunlaşdırıb.
Dünyanın ən məşhur vunderkind neyrocərrahı: Dünyanın ən məşhur vunderkind neyrocərrahı: Dünyanın ən məşhur vunderkind neyrocərrahı: Dünyanın ən məşhur vunderkind neyrocərrahı: Dünyanın ən məşhur vunderkind neyrocərrahı: Dünyanın ən məşhur vunderkind neyrocərrahı: Dünyanın ən məşhur vunderkind neyrocərrahı: Dünyanın ən məşhur vunderkind neyrocərrahı: Dünyanın ən məşhur vunderkind neyrocərrahı: Dünyanın ən məşhur vunderkind neyrocərrahı: / oxu.az

Maraqlı     Baxılıb: 272   Tarix: 20 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

1990-cı illərdə radardan itən kosmik zond aşkarlandı

1990-cı illərdə radardan itən kosmik zond aşkarlandı. ABŞ-də mütəxəssislər 1990-cı illərdə yoxa çıxan "S73-7" eksperimental peyki tapıblar. Peyki Harvard-Smitson Astrofizika Mərkəzinin alimləri aşkarlayıblar. Qey

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər cəbhədən son məlumatlar az xeber dunyada son xeberler