Dünyanın ən varlı beş qadını
Dünyanın ən varlı beş qadını
Dünyanın ən varlı qadınları əyləncə, kosmetika və qida kimi müxtəlif sənaye sahələrində hökmranlıq edirlər.
Statistik məlumata görə, ən varlı beş qadının əksəriyyəti (2024-cü ilin fevral ayına kimi) ABŞ-dandır.
Onları sizə təqdim edirik:
5. Miriam Adelson
Narkotik asılılığı ilə mübarizə aparan ABŞ və israilli həkim Miriam Adelsonun sərvəti 35,7 milyard dollardır.
2021-ci ildə əri Şeldon Adelson öldükdən sonra o, kazino və kurort şirkəti "Las Vegas Sands"ın sahibi olub.
Qeyd edək ki, o, 2000-ci ildə Miriam opiuma aludə olanları müalicə etmək üçün "Adelson" Klinikasını qurub.
4. Jaklin Mars
39,5 milyard dollar təxmin edilən xalis sərvəti ilə Jaklin Mars dünyanın dördüncü ən varlı qadınıdır.
Jaklin "M&Ms", "Snickers" və "Skittles" kimi məşhur brendlərin arxasında duran məşhur şirkəti quran Franklin Klarens Marsın nəvəsidir.
Jaklin 20 il "Mars"da çalışıb və 2016-cı ilə qədər idarə heyətində olub.
3. Culiya Koç
ABŞ-li xeyriyyəçi Culiya Koçun sərvəti 59,8 milyard dollardır.
2019-cu ildə əri David Koç vəfat edəndə Culiya və onun üç övladı istehsal və enerji kimi müxtəlif sahələrdə iştirak edən törəmə şirkətləri olan "Koch Industries"də 42% paya sahib olublar.
Culiya Davidlə evlənməmişdən əvvəl modelyer Adolfo Sardinanın köməkçisi olub və Nensi Reyqan da daxil olmaqla yüksəkprofilli müştəriləri geyindirib.
Culiya tibbi tədqiqat, təhsil və incəsənətlə bağlı bir çox səbəbləri dəstəkləyən "David H. Koch" Fondunun prezidentidir.
2. Alisa Uolton
Alisa Uoltonun sərvəti 63,7 milyard dollardır və "Walmart"ın qurucusu Sem Uoltonun yeganə qızıdır.
Alisa bacıları Rob və Cim ilə birlikdə "Walmart"da böyük paya sahib olsa da, pərakəndə korporasiyada işləmir.
Bunun əvəzinə, Alisa 2011-ci ildə Kristal Körpülər Amerika İncəsənət Muzeyini və 2021-ci ildə əsası qoyulan "Alice L. Walton" Tibb Məktəbini açaraq, sənət və sağlamlıq üzərində cəmləşdi.
1. Fransuaza Bettankur Mayers
Fransız iş qadını və xeyriyyəçi Fransuaza Bettankur Mayers 99 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin qadınıdır.
2017-ci ildə anası vəfat edəndə onun sərvəti Fransuazaya miras qalıb. Fransuaza ailəsi ilə birlikdə "LOréal" səhmlərinin təxminən 33%-nə sahibdir.
O, 1997-ci ildən "L"Oréal" şirkətinin direktorudur. Fransuaza elm və incəsənəti dəstəkləyən, eləcə də inklüziv cəmiyyəti təbliğ edən "Bettencourt Schueller" Fondunun təsisçisi və prezidentidir.
Mənbə: unbiased.co / oxu.az
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR