Dünyanın ən varlı insanları 2 aya 408 milyard dollar itirib
Koronavirus pandemiyası səbəbindən iki ay ərzində dünyanın 100 ən varlı milyarderinin sərvəti 408 milyard dollardan çox azalıb.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Hurun" analitik araşdırma mərkəzi məlumat yayıb.
Mərkəzin rəhbəri Rupert Huqverfin sözlərinə görə, şirkətlər son 2,5 ildə əldə etdikəri bütün artımı pandemiya səbəbindən 2 ayda itiriblər. O bildirib ki, itkilərin ümumi ortalaması 12,5% təşkil edir, bu isə günlük 75 milyon dollar deməkdir.
Ən çox ziyana uğrayan şəxs isə "LVMH Moet Hennessy Louis Vuitton" korporasiyasının səhmlərinin 47 faizinə sahib olan fransız milyarder Bernar Arno olub. Onun 30 milyard dollardan çox ziyana uğradığı qeyd olunub.
Bundan əlavə mərkəzin yanvar ayına olan hesabatına görə, dünyada 2,816 dollar milyarderi var idi. Aprel ayının əvvəlinə olan hesabatda isə onların sayı 20% -dən çox azalaraq 2,153-ə enib.
Milli.Az /news.milli.az
Xidmetler [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar