Dünyanın sonuna hazırlıq: Məşhurlar həyatda qalmaq üçün sığınacaqlar inşa edirlər - FOTO

Dünyanın sonuna hazırlıq: Məşhurlar həyatda qalmaq üçün sığınacaqlar inşa edirlər - FOTODünyanın sonuna hazırlıq: Məşhurlar həyatda qalmaq üçün sığınacaqlar inşa edirlər - FOTO
Əvvəllər paranoid düşüncə olan apokalipsis - dünyanın sonu indi bir çoxları üçün kabusa çevrilib.
Məşhur adlar həyatda qalmaq üçün qalalar və sığınacaqlar inşa edirlər. ABŞ vətəndaşlarının təxminən üçdə biri dünyanın sonuna hazırlıq gördüyünü etiraf edir.
Amerikalıların təkcə keçən il, 2022-ci ilin aprelindən 2023-cü ilin aprelinə qədər sağ qalmaq üçün lazım olan ləvazimatlara 11 milyard dollar xərclədikləri məlum olub.
Dünyanın ən zənginləri yeraltı qəsəbələrə, şəxsi adalarına və "həyatda qalma evləri"nə getdikcə daha çox pul xərcləməyə başlayıblar.
Mark Zukerberq Havay adasındakı fermasının altında öz enerji və qida mənbələrinə malik, partlayışa davamlı qapıları olan 100 milyon dollarlıq gizli qala inşa edib.
"Amazon"un qurucusu Ceff Bezos Mayamidə "İndian Creek" adasındakı "Milyarderlər sığınacağı"ndan 79 milyon dollara malikanə satın alıb və rəsmi olaraq Mayamiyə köçdüyünü elan edib.
Milyarder, iş adamı Frank Vandersloot 2 min hektarlıq fermanı 51 milyon dollara satın alıb.
"OpenAI"ın CEO-su (baş direktoru) Sem Altman açıqlayıb ki, "PayPal"ın həmtəsisçisi Peter Thiel ilə dünyanın sonu gələcəyi təqdirdə Thielin Yeni Zelandiyadakı mülklərindən birində gizlənəcəkləri barədə "razılaşma" əldə ediblər.
"PayPal"ın həmtəsisçisi Reid Hoffman fəlakət baş verərsə, Yeni Zelandiyanın gizlənmək üçün ideal yer olacağını deyib.
"Google"un milyarder həmtəsisçisi Larri Peyc də Yeni Zelandiyada yaşamaq icazəsi əldə edib. Sahibkar Mihai Dinulescu 2020-ci ildə COVID-19 pandemiyasının başlamasından sonra həyat yoldaşı ilə birlikdə Yeni Zelandiyaya qaçıb.
Yeni Zelandiyada 14 sığınacaq inşa etdiyini deyən "Rising S" şirkəti də daxil olmaqla, insanların apokalipsisdən qorunma tələblərini qarşılamaq üçün bir sıra şirkətlərin olduğu ortaya çıxıb.
ABŞ-nin tərk edilmiş raket siloslarını həyatda qalmaq üçün yeraltı hündür binalara çevirən "Survival Condo" şirkəti və dünya üzrə milyarderlərə ultra lüks sığınacaqlar təklif edən Çexiyadakı "Oppidum" kimi şirkətlər milyarderlərə "qiyamət günü" qorxularını dəf etmək üçün xidmətlər təklif edirlər.
Son illərdə adalara meyil edən varlı insanların sayı getdikcə artır. Riçard Branson, Conni Depp, Dupont kimi zənginlər adalar satın alan adlar sırasındadır.
Dünyanın sonuna hazırlıq: Məşhurlar həyatda qalmaq üçün sığınacaqlar inşa edirlər - FOTODünyanın sonuna hazırlıq: Məşhurlar həyatda qalmaq üçün sığınacaqlar inşa edirlər - FOTODünyanın sonuna hazırlıq: Məşhurlar həyatda qalmaq üçün sığınacaqlar inşa edirlər - FOTODünyanın sonuna hazırlıq: Məşhurlar həyatda qalmaq üçün sığınacaqlar inşa edirlər - FOTODünyanın sonuna hazırlıq: Məşhurlar həyatda qalmaq üçün sığınacaqlar inşa edirlər - FOTODünyanın sonuna hazırlıq: Məşhurlar həyatda qalmaq üçün sığınacaqlar inşa edirlər - FOTODünyanın sonuna hazırlıq: Məşhurlar həyatda qalmaq üçün sığınacaqlar inşa edirlər - FOTODünyanın sonuna hazırlıq: Məşhurlar həyatda qalmaq üçün sığınacaqlar inşa edirlər - FOTODünyanın sonuna hazırlıq: Məşhurlar həyatda qalmaq üçün sığınacaqlar inşa edirlər - FOTOMənbə: Haber Global / oxu.az

Maraqlı       Tarix: 23 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son xəbərlər siyaseti xeberler bugun sonxəbər az xeber