Dünyaya dəbi diktə edən qadınlar – TOP 7
Dünyaya dəbi diktə edən qadınlar – TOP 7
Moda dünyasını kişilərin idarə etdiyi hesab olunur. Həqiqətən də, bir çox moda evləri kişilərə məxsusdur. Lakin ən məşhur elit dəb evləri arasında qadınlar tərəfindən idarə olunanlar da var.
Dəb aləminin qadınların idarə etdiyi yeddi lüks şirkətini təqdim edirik:
"Prada"
Şirkətin rəhbəri: Miuçça Prada
Miuçça Prada 1978-ci ildən "Prada"ya rəhbərlik edir. Brend onun babası tərəfindən 1913-cu ildə təsis edilib, həmin vaxt o, dəridən məmulatlar hazırlayan şirkət idi.
Zamanla "Prada" dünyanın ən zəngin moda evlərindən birinə çevrilib. 1989-cu ildə Miuçça ilk geyim kolleksiyasını buraxıb.
"Rodarte"
Şirkətin rəhbəri: Keyt və Laura Mallivi
"Rodarte" şirkəti 2005-ci ildə Keyt və Laura Mallivi bacıları tərəfindən təsis edilib. Bacılar detallara ciddi diqqət yetirmələri ilə məşhurdurlar. Erkən kolleksiyadan olan paltarlardan birinin hazırlanmasına 150 saatdan çox vaxt sərf edilmişdi.
"Alexander McQueen"
Şirkətin rəhbəri: Sara Berton
2010-cu ildə Aleksandr Makkuinin ölümündən sonra şirkətin kreativ direktor postu Sara Bertona həvalə edilib.
O, 2011-ci ildə Keyt Middltonun toy paltarının dizayneri olduqdan sonra bütün dünyada tanındı. Berton, həmçinin Pippa Middltonun da paltarının dizayneri idi.
Berton 2019-cu ildə "CFDA International Award" mükafatına layiq görülüb.
"Chloé"
Şirkətin rəhbəri: Nataşa Ramsey-Levi
Nataşa Ramsey-Levi "Chloé"nin kreativ direktoru vəzifəsini 2017-ci ildən tutur. O, özünün ilk "Chloé" kolleksiyasını 2017-ci ilin sentyabr ayında təqdim edib. Ramsey-Levinin debütü moda aləminin tənqidçi və ekspertlərini heyran etmişdi.
"Givenchy"
Şirkətin rəhbəri: Kler Ueyt Keller
"Givenchy"nin kreativ direktoru vəzifəsi 2017-ci ildən Kler Ueyt Kellerə həvalə edilib.
Bundan əvvəl isə o, "Calvin Klein", "Gucci" və "Chloé" kimi şirkətlərdə işləmişdi. O, Meqan Marklın gəlinlik paltarının dizayneri olmaqla məşhurlaşmışdı.
"Chanel"
Şirkətin rəhbəri: Vircini Viar
Karl Laqerfeldin ölümündən sonra 2019-cu ildə "Chanel"in kreativ direktoru postuna Vircini Viar təyin edilmişdi.
O, şirkətə 1987-ci ildə gəlmişdi və zamanla Laqerfeldin sağ əli olmuşdu.
"Fendi"
Şirkətin rəhbəri: Silviya Venturini Fendi
Silviya Venturini Fendi şirkətin kreativ direktorudur. O, Fendi ailəsinin hələ də brendlə işləyən yeganə üzvüdür. Silviya 1995-ci ildən şirkətdə işləyir.

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb