Düyməli telefonla 15 saniyəyə avtomobil oğurlamağın sirri öyrədilir - FOTO
Düyməli telefonla 15 saniyəyə avtomobil oğurlamağın sirri öyrədilir - FOTO
Fırıldaqçılar düyməli telefondan istifadə edərək avtomobili oğurlamağın yolunu tapıblar.
Bu barədə "Vice" məlumat yayıb. Belə ki, nəşrin jurnalistləri "Telegram" kanallarında və "darknet"də haker qurğularının satışı ilə bağlı reklamları aşkar ediblər.
Müəlliflərin sözlərinə görə, "CAN-bus"a (avtomobilin elektrik cihazlarını idarə etmək üçün interfeys və ya rəqəmsal rabitə sistemi) qoşulmaq üçün təkmilləşdirilmiş düyməli telefonların onlayn satışını müəyyən etdikdən sonra araşdırmağa başlayıblar.
Bildirilir ki, yeni ixtiranın qiyməti 2500-18000 avro (4,6 min – 33,6 min manat) arasında dəyişir.
Məlumata görə, təkmilləşdirilmiş hər hansı markalı düyməli telefon avtomobilə qoşulur və xüsusi komanda ilə işə salınır. Satıcılar oğurluq cihazını "avtomobilin qəzalı vəziyyətdə işə salınması cihazı" adlandırırlar.
Məlumata görə, təkmilləşdirilmiş düyməli telefonun avtomobilə uğurla qoşulması halında, sındırma prosesi 15 saniyədən çox çəkmir.
Təhlükəsizlik üzrə mütəxəssis Ken Tindell bildirib ki, belə cihazın köməyi ilə hələ təkmil təhlükəsizlik sisteminə malik olmayan əvvəlki nəsil avtomobilləri oğurlamaq mümkündür.

/ oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR