Əfqanıstanda qəzaya uğrayan və təkcə rusiyalı sərnişinlərin öldüyü təyyarədə 1,2 milyon dollar müəmması
Əfqanıstanda qəzaya uğrayan və təkcə rusiyalı sərnişinlərin öldüyü təyyarədə 1,2 milyon dollar müəmması
Əfqanıstanda qəzaya uğrayan Rusiyaya məxsus "Falcon-10" təyyarəsindən 1,2 milyon ABŞ dolları (təqribən 2 milyon manat) oğurlanıb.
Bu barədə yerli mənbələrə istinadən "Hasht e Subh" qəzeti məlumat yayıb.
"Etibarlı mənbələr qəzetə bildiriblər ki, bu qədər pul oğurlandıqdan sonra "Taliban" hökumətinin Bədəxşan vilayəti üzrə qubernatoru Məhəmməd Əyyub Xalid baş nazirin müavini Məhəmməd Həsən Axundun göstərişi ilə faktları müəyyən etmək və məsələni araşdırmaq üçün komissiya təyin edib", - deyə nəşrdə bildirilib.
Mənbələrin məlumatına görə, qəza yerinə ilk gələn qrup "Taliban" silahlı qüvvələrinin baş qərargah rəisi Kari Fasihuddin Fitratla əlaqəlidir.
Hələlik "Taliban" və ya Rusiya hakimiyyətindən heç bir şərh verilməyib.
Xatırladaq ki, yanvarın 20-də Qaya (Hindistan) - Daşkənd (Özbəkistan) - Jukovski (Rusiya) marşrutu üzrə çarter təcili yardım reysi həyata keçirən sərnişin təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. İlkin məlumatlara görə, hadisə texniki nasazlıq - hər iki mühərrikin sıradan çıxması nəticəsində baş verib.
Rusiya Tur-operatorları Assosiasiyasının (ATOR) məlumatına görə, biznes-jetin göyərtəsində dörd ekipaj üzvü (ikisi tibb işçisi) və iki sərnişin - Volqodonskdan (Rusiya) "bazarlar kralı" Anatoli Yevsyukov və xanımı Anna olublar. Onlar ötən il dekabrın ortalarından Tailandda istirahət ediblər. Qadın orada ağır xəstələnib və Pattayadakı klinikalardan birində müalicə olunub. Daha sonra onun Rusiyaya aparılmasına qərar verilib. Qəza nəticəsində cütlük həlak olub, təyyarədə olan dörd heyət üzvü isə müxtəlif bədən xəsarətləri alıb.
/ oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR