Əfsanə geri qayıtdı: Bakıda möhtəşəm rok gecəsi - FOTOLAR
Əfsanəvi "UNFORMAL" rok qrupu 17 ildən sonra möhtəşəm bir konsertlə səhnəyə geri dönüb.
azxeber.com xəbər verir ki, 2009-cu ildə fəaliyyətini dayandıran qrupun bütün əsas üzvləri – Dilarə Kazımova, Fəridə Nelson, Rüstəm Məmmədov və İqor Qaranin – dünyanın dörd fərqli ölkəsindən – Azərbaycandan, Rusiyadan, ABŞ-dan və Böyük Britaniyadan Bakıya toplaşaraq yenidən bir araya gəliblər.
Şəhər məkanlarından birində baş tutan və anşlaqla yadda qalan nostalji dolu konsertdə qrup sevilən hitlərini ardıcıl olaraq səsləndirərək tamaşaçıları 2000-ci illərin emosional atmosferinə aparıb.
Gecənin ən unudulmaz anlarından biri, qrupun məşhur Sonsuz Yol əsərinin, dirijor Cavad Tağızadənin rəhbərliyi altında musiqi orkestri ilə birlikdə səslənməsi oldu və bu, dinləyicilərə tamam fərqli bir duyğu yaşadıb.
Konsertə "Coldünya" qrupunun yaradıcısı və vokalçısı Teymur Nadir, həmçinin "DədəBaba" və "Unchained Orchestra" kimi alternativ səhnənin tanınmış simaları da qatılaraq gecəyə xüsusi rəng qatıb.
Tamaşaçıların böyük sevgisi və coşqusu səbəbindən konsert uzun müddət bitmək bilməyib. Səhnəni tərk etməyə hazırlaşan qrup izdihamlı alqışlar qarşısında dəfələrlə geri dönməyə məcbur qalıb.
Qeyd edək ki, tədbir tam anşlaqla keçib və bütün biletlər əvvəlcədən satılıb.
Aysel














PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Konfrans Liqası: I turun oyunlarına start verilir
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Azərbaycan məşhur yapon serialında - Foto
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu