Əfv Məsələləri Komissiyası toplaşır: Əfv siyahısında kimlərin adı olacaq? - AÇIQLAMA

Əfv Məsələləri Komissiyası toplaşır: Əfv siyahısında kimlərin adı olacaq? - AÇIQLAMA"Əfv komissiyasının iclaslarının yeganə predmeti məhkum olunmuş şəxslərdən daxil olmuş müraciətlərə baxmaqdır".
Bu sözləri azxeber.com-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev 12 fevralda keçiriləcək ilk iclasla bağlı danışarkən deyib.
Komissiyanın əsas fəaliyyət istiqamətindən danışan Əliməmməd Nuriyev Əfv komissiyasının mandatının daxil olan müraciətlərə baxmaq olduğunu bildirib: 
"Əfv Komissiyasına yüzlərlə, hətta minlərlə müraciət daxil olur. Bu müraciət ya həmin şəxslərin özü, yada onların vəkilləri, millət vəkilləri, ombudsman, yerli və beynəlxalq QHT nümayəndələri tərəfindən olur".
Komissiya üzvü kimlərin əfv siyahısına daxil olacağının Prezidentin səlahiyyətinə aid olduğunu deyib: 
"Ötən illərin təcrübəsinə baxaraq deyə bilərəm ki, daxil olan bütün müraciətlər araşdırılır, hər mürciətlə bağlı hazırlanan rəy Prezidentə təqdim olunur. Bundan sonra kimin əfv olunacağı ilə bağlı qərar Prezident tərəfindən qəbul olunur. Çünki əfv hüququ cənab Prezidentin müstəsna - konstitutsion səlahiyyətidir.
Nuriyev bu günə qədər imzalanan sərəncamın 10 min nəfərə şamil olunduğunu vurğulayıb:
"Onu da qeyd etməliyəm ki, 1995-cü ildən bu günə qədər 70 əfv sərəncamı imzalanıb ki, bu da 10 mindən çox məhkuma şamil olunub. Sərəncamla kimlərsə cəzanın qalan hissəsindən azad olunub, bəzilərinin cəzası yarıbayarı azaldılıb. Bir qrup şəxsin isə məhkumluğu götürülüb. Bu əfv sərəncamlarının 33-ü ulu öndər Heydər Əliyev, 37-si isə İlham Əliyev tərəfindən imzalanıb. 
Qarşıdakı əfv daha çox kimlərə şamil olunacaq? sualına isə Nuriyev belə cavab verib: 
"Kimlərin əfv sərəncamına düşüb-düşməyəcəyini öncədən demək mümkün deyil. Çünki bu Prezidentin müstəsna konstitusion səlahiyyətinə aid olan bir prossesdir. Digər tərəfdən deyə bilərəm ki, qanuna görə əfvlə bağlı hər bir məhkum və ya onun yaxınlarının komissiyaya müraciət etmək hüququ var. Əfv sərəncamı imzalanarkən hər hansı bölgü aparılmır. Vahid bir yanaşma var ki, Azərbaycan konstitutsiyasına görə hər kəs qanun qarşısında bərabərdi. Əfv komissiyası da müraciətlərə baxarkən hamının qanun qarşısında bərabərlik prinsipindən çıxış edir. 
Eyni zamanda xüsusi meyyarlar var ki, komissiya o müstəvidən çıxış edərək öz dəyərləndirməsini edərək səsvermə üsulu ilə qərarlar qəbul olunur və rəy hazırlanır. Yekun olaraq bu rəylər prezidentə təqdim olunur. Artıq prezident tərəfindən əfv siyahısında kimlərin olacağı müəyyən olunur. Biz özünü müxtəlif adlarla adlandıran şəxslərin də adlarını zaman-zaman əfv siyahısında görmüşük. Burada əsas məsələ əfv olunmaq üçün müraciət edən şəxsin potensial islah olmaq imkanıdır. 
Onun təhlükəlilik dərəcəsi aradan qalxmalı və cəmiyyət üçün təhlükə yaratmamasıdır. Ən əsas məsələ isə əfv olunan şəxsin cəmiyyət tərəfindən normal qarşılanmasıdır. Çünki imzalanan hər bir əfv sərəncamı cəmiyyətə müəyyən bir mesajdır".
Günel Hüseynli

Siyasi       Tarix: 11 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberler cəbhədən ən son xəbər xəbər az krimnal bugun