"Əgər hər şey yaxşıdırsa, niyə şikayətlər azalmır?" - Razi Nurullayev

Deputat Razi Nurullayev Milli Məclisdəki büdcə müzakirələri zamanı çıxış edib.
azxeber.com Musavat.com-a istinadən xəbər verir ki, o, dövlət büdcəsinin artımını Qarabağın yenidən qurulması yönündə olması baxımından dəstəkləyir:
"Büdcəmiz ildən-ilə artır, hesabatlar günü-gündən gözəlləşir, rəng çalarları daha cəzbedici olur, amma real həyatımızda gördüyüm sosial dəyişiklik zəifdir. Əgər işsizliklə bağlı ayda yüz nəfər müraciət edirdisə, indi o rəqəm daha da çoxdur. Sosial yardımla bağlı müraciətlər də çoxalıb, nəinki azalıb. Sosial xidmətlərlə bağlı işi isə qeyri-qənaətbəxş hesab edirəm. Xüsusən də həm Sosial Xidmətlər Agentliyinin, həm də Dövlət Sosial Müdafiə Fondunun büdcə xərcləmələrində xeyli səmərəsizlik və yanlışlıq görürəm. Yanaşmaları yanlışdır, canyandırmaları isə diplomatların soyuqqanlığından da böyükdür".
R.Nurullayev bildirib ki, sosial sahədə çalışan gərək mərhəmətli olsun, kövrək olsun, qəlbi vətəndaşın qəlbi ilə döyünüb onun qəlbi kimi yansın:
"Vallah, bunu görmürəm. Əgər hər şey gözəldirsə, hər şey yaxşıdırsa, niyə şikayətlər azalmır, daha da çoxalır? Belə çıxır ki, büdcə vəsaitlərini xərcləyən bir sıra icra qurumları vəzifəsinin öhdəsindən gəlmir, vəsaiti yəqin ki, başqa məqsədlərə yönəldir, narazılıqların azaldılması üçün konkret addımlar atmır, vəzifə borcunu minnətlə yerinə yetirir, vətəndaşların haqlı müraciətlərinə laqeyd yanaşır və konkret olaraq nələrsə umur. Bunlar yolverilməzdir və bir sıra icra strukturları konkret olaraq narazılıqlar istehsal edib cəmiyyətimizə idxal edir. Bunun isə əzabını biz hamımız çəkirik".
Deputat bildirib ki, bir neçə konkret narahatlıqları var:
"İş yerlərinin açılması ilə bağlı duzlu-istiotlu hesabatlar açıqlanır, bəs bağlanan iş yerləri? Bağlanan şirkətlər, küsüb kənara çəkilən adamlar xeylidir və aldığım məlumatlara söykənib demək istəyirəm ki, bağlanan iş yerləri az qala açılan iş yerlərini üstələməyə başlayıb. Bunun cavabı varmı? Büdcə vəsaitlərinin xərclənmə effektivliyinin yoxlanılması ilə bağlı digər mexanizmlər üzərində işlənilmlidir. Çünki, hazırkı monitorinq mexanizmləri aysberqin görünən hissəsinə işıq salır. Digər tərəfləri qaranlıq qalır və heç zaman Günəş görmür. Bunları ayrıca aidiyyatı məmurlarla faktlar üzrə müzakirə etmək istəyirik. Büdcə xərclərinin səmərəlilik faizi zəifdir. Nəzarət və monitorinq mexanizmləri əsaslı şəkildə təkmilləşdirilməlidir".

Siyasi       Tarix: 14 iyun 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən görüntüleri bu gunun xeberleri haqqinda melumat valyuta mezennesi banklar xeberler bu gun