Əhliman Əmiraslanov Türkmənistanda Türkiyənin deputatları ilə görüşdü
Əhliman Əmiraslanov Türkiyə parlamentinin deputatları ilə görüşüb.
azxeber.com xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov oktyabrın 5-9-da Türkmənistanın Avaza şəhərində keçirilən beynəlxalq konfrans çərçivəsində Türkiyə Böyük Millət Məclisinin deputatları ilə görüşüb.
Görüşdə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri Filiz Kılıç, Rukiye Toy, Seda Sarıbaş və Şengül Karslı iştirak ediblər.
Əhliman Əmiraslanov Azərbaycan və Türkiyə arasında siyasi, iqtisadi, humanitar, təhsil və səhiyyə sahələrində əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. O, iki ölkə arasında münasibətlərin inkişafında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq əlaqələrinin mühüm rol oynadığını vurğulayıb.
Akademik qeyd edib ki, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri tarixin çətin sınaqları zamanı da özünü əməldə göstərib.
Türkiyə Böyük Millət Məclisinin deputatları isə Azərbaycan-Türkiyə münasibətlərinin dünya dövlətləri üçün nümunə olduğunu bildiriblər.
Görüş zamanı dövlətlərarası və parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Papikyandan Nəsimi Musayevlə bağlı mühüm açıqlama
Qadınlara gül almayın' - Niyamdan kişilərə
Yenidən məhkəmədə üz-üzə gələcəklər
Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı
ATB: Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilər
AKP-dən Azərbaycanla bağlı son dəqiqə açıqlaması: "İmkan verməyəcəyik"
Bizi daha xoşbəxt edəcək dost tipi AÇIQLANDI
Qol və ayaqlardakı bu simptom xərçəngin əlamətidir?
Damarı təmizləyən, sümükləri möhkəmləndirən ucuz meyvə
Bu şəxslərə maaşın 25 mislinədək mükafat veriləcək
AnewZ': Almaniya kəşfiyyatı Bakıya Azərbaycanın Hanninq işinə aidiyyəti olmadığını bildirib
Azərbaycan hərbçisi ilə bağlı İrəvandan YENİ QƏRAR – Paşinyan detalları açıqladı
Cüdoçumuz dünya üçüncüsü oldu
Keçmiş nazirdən sensasiyalı təkliflər