Ekspert: "Azərbaycan enerji ehtiyatlarının Aİ-yə tədarükü üzrə əməkdaşlığın ən səmərəli variantıdır"
Qazaxıstan və Türkmənistan üçün enerji ehtiyatlarının Avropa İttifaqına tədarükü üzrə əməkdaşlığın ən səmərəli variantı Azərbaycan vasitəsilə tranzitdir.
Milli.Az bildirir ki, bunu Trend-ə qazaxıstanlı ekspert Saken Mukan deyib.
Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri enerji bazarlarına çıxış əldə etmək üçün Azərbaycandan istifadə edə bilər:
"Xüsusilə də Aİ və ABŞ-ın Rusiyaya qarşı sanksiyaları fonunda bu mümkündür. Azərbaycan həm də ona görə optimal variant hesab olunur ki, Rusiya enerji daşıyıcılarının Aİ-yə tədarükü üzrə Avrasiya regionunun logistika qovşağı qismində hər zaman şəffaf ola bilmir".
Ekspert bildirib ki, COVID-19 epidemiyası Mərkəzi Asiyanın enerji mühüm təsir göstərməyib, amma OPEC+la bağlı vəziyyət ciddi təsir edə bilər.
S.Mukan əlavə edib ki, Mərkəzi Asiya ölkələri Bakı-Tbilisi-Ceyhan layihəsini kommersiya layihəsi qismində nəzərdən keçirir:
"Qazaxıstan və Türkmənistan Aİ-yə enerji ehtiyatlarının tədarükü üzrə Rusiya ilə uzunmüddətli tərəfdaşlıq münasibətlərinə malikdir. Bundan başqa, hamıya məlumdur ki, "Qazprom" türkmən qazını Avropa bazarlarına satır. Keçmiş SSRİ məkanında geosiyasi konyunkturdan asılı olaraq Mərkəzi Asiya ölkələri Bakı-Tbilisi-Ceyhan boru kəmərini öz ixrac potensialını reallaşdırmaq üçün alternativ qismində nəzərdən keçirir".
Milli.Az /news.milli.az

Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü