Ekspert: Əliyevlə Putin arasında hərbi sahədə razılaşma olub

Ekspert: Əliyevlə Putin arasında hərbi sahədə razılaşma olubEkspert: Əliyevlə Putin arasında hərbi sahədə razılaşma olub
Həm Rusiya, həm də Belarus Azərbaycana müasir silahlar satıb və bundan sonra da satacaq. Bu sahədə vəziyyət dəyişməyəcək.
Bunu rusiyalı hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko deyib.
Ekspert qeyd edib ki, Rusiya və Azərbaycan prezidentlərinin son görüşlərində təsdiqləndi ki, Moskva və Bakı arasında hərbi-texniki əməkdaşlıq sahəsində ən vacib tərəfdaşlarından biridir.
Onun sözlərinə görə, Ermənistan rəsmilərinin Yerevanda verdiyi açıqlamalar mövcud vəziyyəti heç cür dəyişdirə bilməz.
"Rusiya hər dəfə bəyan edir ki, Azərbaycana müasir silah tədarükü hər hansı üçüncü ölkəyə yönəlməyib. Rusiya bildirir ki, bu, Azərbaycanın suverenliyini və milli təhlükəsizliyini möhkəmləndirməyə yönəlib".
Ermənistan düşünür ki, onun hüquqları pozulur. Əslində Yerevanın narazı qalması başadüşüləndir. Çünki Azərbaycan Silahlı Qüvvələri daha müasir, güclü və keyfiyyətlidir.
İ.Korotçenko qeyd edib ki, Rusiya silahları Azərbaycan ordusunun imkanlarını xeyli artırır.
"Bu mənada Bakının müasir yüksək dəqiqlikli Rusiya silahlarına olan tələbi, maraqları ən qısa zamanda nəzərə alınacaq və bunun tətbiqi təmin ediləcək".
Ekspertin fikrincə, Rusiya Müdafiə Nazirliyi üçün Azərbaycanla münasibətlərin dərinləşdirilməsi prioritet sahədir.
"Üstəlik, dediyim kimi, Putinlə Əliyev arasındakı görüşdə müəyyən razılaşmalar əldə edildi. Bu, daha sonra Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə azərbaycanlı həmkarı Zakir Həsənov arasında keçirilən görüş zamanı özünü hərbi sferada göstərdi",- deyə İ.Korotçenko əlavə edib.
Ekspert Ermənistan Müdafiə naziri David Tonoyanın 2020-ci ildə yeni silahlar alacağı barədə açıqlamasını da şərh edib.
O, D.Tonoyanın dediyinin real olacağını şübhə altına alıb.
"Ermənistan dörd ölkədən silah aldığını deyir. Düzü, Rusiyadan başqa digər ölkələrin hansı olduğunu deyə bilmərəm. Ermənistan Rusiya silahlarını kreditlə alacaq. Digər üç ölkəyə gəldikdə isə, onların Ermənistana qiymət baxımından hər hansı bir üstünlük verəcəkləri barədə sual yaranır. Çünki müasir silahlar bahadır və bunu hamı anlayır.
Rusiyanın Ermənistana silah tədarükü isə kredit sxemi əsasında aparılır. Bu isə Ermənistanın müasir silahların geniş miqyasda alınması üçün maneədir. Çünki kredit məhdud alış-verişdir, üstəgəl kredit ödənilməlidir. Bununla yanaşı, Ermənistanın ümumi daxili məhsul baxımından müəyyən iqtisadi məhdudiyyətləri var".
Aqşin Kərimov /oxu.az

Siyasi       Tarix: 08 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Keçmiş kansler Şröderİn Rusiya ilə daha bir bağlılığı üzə çıxdı

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Globus hipermarket şəbəkəsinin Rusiyadakı bölməsində çalışmağa başlayıb. xəbər verir ki, bu barədə RBK rusiyalı "Hiperqlobus" MMC-nin nümayəndəsinə istinadən məlumat verib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d


yeni xeberler azerbaycan xeberleri son xeberler ensonxeberler kriminal xeber valyuta mezennesi banklar cəbhədən son xəbərlər 2026