Ekspertdən xəbərdarlıq: Rütubətli havada BUNLARI EDİN

Ekspertdən xəbərdarlıq: Rütubətli havada BUNLARI EDİNYağışlı və rütubətli hava şəraiti mövsümi xəstəliklərin artmasına, immun sisteminin zəifləməsinə və orqanizmin ümumi müqavimətinin aşağı düşməsinə səbəb olur. Belə dövrlərdə düzgün qidalanma təkcə sağlam qalmaq üçün deyil, həm də virus və infeksiyalara qarşı effektiv müdafiə mexanizmi kimi çıxış edir.
Bəs rütubətli havalarda immun sistemini gücləndirmək üçün hansı qidalar daha faydalıdır?
Ekspertdən xəbərdarlıq: Rütubətli havada BUNLARI EDİNQida məsələləri üzrə ekspert Asim Vəliyev KONKRET.az-a açıqlamasında qeyd edib ki, fəsil dəyişikliyi ilə birlikdə həm geyimdə, həm də qida rasionunda dəyişiklik etmək vacibdir: "Rütubətli mühit patogen mikroorqanizmlərin və kif göbələklərinin artması üçün əlverişli şərait yaradır. Gün işığının azalması və temperatur fərqləri də immun sisteminə mənfi təsir göstərir. İmmun hüceyrələrinin böyük hissəsi bağırsaqlarda yerləşdiyi üçün bu dövrdə həzm sisteminin qorunması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan probiotiklərlə zəngin qidaların qəbulu tövsiyə olunur. Evdə hazırlanmış qatıq, təbii kefir və kələm turşusu bağırsaq florasını gücləndirərək viruslara qarşı ilkin müdafiə rolunu oynayır. Sarımsaq tərkibindəki allisin maddəsi sayəsində təbii antibiotik təsiri göstərir və çiy halda istifadə edilməsi daha faydalıdır. Zəncəfil və sarıkök isə orqanizmi daxildən isidir, iltihabın qarşısını alır. Sarıkökün qara istiot və zeytun yağı ilə birlikdə istifadəsi isə onun mənimsənilməsini artırır".
Asim Vəliyev əlavə edib ki, C vitamini ilə zəngin qidalar – itburnu dəmləməsi, kivi, bibər və sitrus meyvələri bu mövsümdə xüsusilə vacibdir. Sink çatışmazlığının immuniteti zəiflədən əsas amillərdən biri olduğunu deyən ekspert, balqabaq toxumu, qırmızı ət və mərci kimi məhsulların rasionda yer almasının önəmini vurğulayıb: "Rütubətli havalarda qidalarda kiflənmə riski artır. Un, düyü və qoz-fındıq kimi məhsulların rütubəti tez çəkməsi nəticəsində zərərli aflatoksinlərin yaranma ehtimalı yüksəlir. Bu səbəbdən qidaların quru və şüşə qablaşdırmada saxlanılması, eləcə də alış zamanı məhsulların vəziyyətinə diqqət yetirilməsi tövsiyə olunur".
Ekspert sonda bildirib ki, soyuq və rütubətli havalarda susuzluq hissi azalsa da, orqanizmin normal fəaliyyəti üçün kifayət qədər su qəbulu vacib olaraq qalır. Otaq temperaturunda su içmək toksinlərin orqanizmdən xaric olunmasına kömək edir.
Aynurə İsmayıl
KONKRET.az

Sağlamlıq       Tarix: 07 aprel 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları


yeni xeberler azerbaycan xeberleri son xeberler xabarlar xeber.az bu gun cəbhədən şad xəbər sou xeberler