Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirildi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirildiAzərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xankəndi şəhərində Qərargahın növbəti iclası keçirilib.
KONKRET.azxəbər verir ki, iclası giriş sözü ilə açan Samir Nuriyev Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa işlərinin geniş vüsət aldığını qeyd edib. Dövlətimizin başçısının təsdiq etdiyi "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilən irimiqyaslı layihələr çərçivəsində müasir infrastruktur qurulur, keçmiş məcburi köçkünlərin rahat şəkildə öz yurdlarına qayıtmaları və məskunlaşmaları üçün yaşayış məntəqələri salınır, ərazilərdə zəruri şərait yaradılır.
Otuz ilə yaxın davam edən işğal dövrünün geridə qaldığını, 44 günlük Vətən müharibəsi və uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyinin tam bərpa edildiyini bildirən Qərargahın rəhbəri bu tarixi nailiyyətin Ali Baş Komandanın siyasi müdrikliyinin, qətiyyətinin, Azərbaycan dövlətinin gücünün, xalqımızın birliyinin və iradəsinin təcəssümü olduğunu vurğulayıb.
Dövlətimizin başçısı tərəfindən işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın milli prioritetlərdən biri kimi müəyyən edildiyi, bu sahədə görülən işlərin daim nəzarətdə saxlanıldığı iclas iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd edilib ki, Böyük Qayıdışın vaxtında və keyfiyyətli şəkildə təmin edilməsi məqsədilə müəyyənləşdirilmiş hədəflərə nail olmaq üçün bütün resursların səfərbər edilməsi, bərpa-quruculuq layihələrinin əlaqəli və planlı şəkildə icrası və vaxtında təhvil verilməsi mühüm əhəmiyyətə malikdir.
Daha sonra iclasın gündəliyinə uyğun olaraq, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası istiqamətində, habelə Proqram çərçivəsində əhalinin dayanıqlı məskunlaşması və məşğulluğunun təmin edilməsi, iqtisadi fəallıq və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması sahələrində görülən işlər barədə məlumatlar təqdim olunub.
Böyük Qayıdışın əsas komponentlərindən biri olan dayanıqlı məskunlaşmanın təmin edilməsi çərçivəsində işğaldan azad olunmuş ərazilərə geri qayıtmış keçmiş məcburi köçkünlər, dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsilalanlar da daxil olmaqla, həmin ərazilərdə hazırda 40 minə yaxın insanın yaşadığı və fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.
İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmanın dayanıqlı olması üçün aparılan bərpa və quruculuq işləri ilə yanaşı, köçürülən əhalinin məşğulluğunun təmin olunması istiqamətində də zəruri işlərin görüldüyü bildirilib. Bununla yanaşı, əhali arasında təhsil və peşə bacarıqlarının artırılması üçün müxtəlif təlim və peşə kursları təşkil edilir.
Əlverişli iqlim mühitinə və coğrafi şəraitə malik Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aqrar, sənaye və turizm sahələrinin inkişafı baxımından böyük imkanların olduğu qeyd edilərək, məskunlaşma prosesi ilə paralel olaraq, istehsal və emal, ticarət, xidmət, sənaye müəssisələrinin qurulduğu, müxtəlif iqtisadi fəaliyyət sahələrinin yaradıldığı, dövlətimizin başçısının sərəncamlarına uyğun olaraq ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün maliyyə resurslarına çıxış imkanlarının genişləndirildiyi, vergi və gömrük güzəştlərinin, həmçinin digər stimullaşdırıcı mexanizmlərin tətbiq olunduğu iclas iştirakçılarının diqqətinə çatdırılıb.
İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarında ümumilikdə 400-dən çox müəssisənin fəaliyyət göstərdiyi, artıq Ağdam Sənaye Parkındakı müəssisələrdə istehsal olunan məhsulların ixracına başlanıldığı vurğulanıb.
Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin ərazilər üzrə xüsusi nümayəndəliklərinin fəaliyyəti və qarşıda duran vəzifələr barədə məruzələr dinlənilib.
İclasın sonunda Böyük Qayıdışla bağlı görülən işlərin mühüm əhəmiyyəti, məqsədlərə çatmaq üçün bütün imkanların səfərbər olunmasının zəruriliyi bir daha iclas iştirakçılarının diqqətinə çatdırılıb, Azərbaycan Respublikası Prezidentinin Əlaqələndirmə Qərargahı qarşısında qoyduğu vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.
Səfər çərçivəsində Xankəndi və Şuşa şəhərləri ərazilərində bir sıra obyektlərə baxış keçirilib.

Siyasi       Tarix: 11 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberler cəbhədən ən son xəbər xəbər az krimnal bugun