Elcan Rəsulov: "Bədənim müalicələrə reaksiya vermədiyi üçün riskli əməliyyat olundum
Elcan Rəsulov: "Bədənim müalicələrə reaksiya vermədiyi üçün riskli əməliyyat olundum"
Aktyor Elcan Rəsulovun səhhəti yaxşılaşır.
Bu barədə Oxu.Az-a tanınmış aparıcı və aktyor özü məlumat verib.
O, müalicələrini evdə davam etdirdiyini söyləyib:
"Artıq beş gündür ki, evdəyəm. Həkimlərin sözlərinə görə, səhhətim yaxşıya doğru gedir. Öd kisəmdə problem əvvəldən olub, lakin bundan xəbərsiz olmuşam. Birdən-birə ağrılarım oldu. Qəfildən halım pisləşdi, xəstəxanaya yerləşdirildim.
Diaqnoz öd kisəsində palçıq idi. Bu, öd kisəsində olan daşdan daha betərdir. Onu kəsib götürmək mümkün olmur. Həkimlər bir həftəyə qədər vaxt qoydular. İstədilər məni sağaltsınlar. Bir həftə müalicə etdilər. Lakin bədənim müalicələrə reaksiya vermədi. Üç saat ərzində riskli əməliyyatda oldum. Normalda 45 dəqiqə olmalı idim".
E.Rəsulov hələ də evdə dərman müalicəsi aldığını qeyd edib:
"Çəkim düşüb. Xəstəxanada su içmir, yemək yemirdim. Ancaq iynə və dərman qəbul edirdim. Altı ay sağlam qidalanmalıyam. İndi özümü normal hiss edirəm. Maşın sürməyə icazəm yoxdur. Ağır yük qaldıra bilmərəm. Hələ işə də çıxmıram. Ambulator müalicə alıram".
Xatırladaq ki, iyulun 31-də aparıcı və aktyor Elcan Rəsulovun qəfildən halı pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib, ödündən əməliyyat olunmuşdu.
Nəzrin Vahid

AZAL bəzi reysləri təxirə saldı – Sərnişinlərə xəbərdarlıq
Azərbaycan Hava Yollarının Yay Təcrübə Proqramına müraciətlər 4 dəfədən çox artdı - FOTOLAR
Bu ərazilərdə işıq olmayacaq
İlham Əliyev Malavi liderini təbrik etdi
Biznes sahibi olan məşhurlar: Kim hansı sahəyə sərmayə yatırıb?
Prezident Rüfət Hacıəlibəyova yüksək vəzifə verdi
Ankara Zirvəsi ilə bağlı sensasion detallar: NATO Rusiyaya qarşı yeni strategiya hazırlayır?
Prezident Neft Fondunun ötənilki büdcəsinin icrasını təsdiq etdi
Messi iki rekorda imza atdı
Yeni dələduzluq üsulu yayıldı - DİN-dən əhaliyə xəbərdarlıq
15 yaşlı qız itkin düşdü
Əmircanda bacısının nişanlısını bıçaqlayan şəxsə hökm oxunub
Rusiyanın bu qərarı Azərbaycanda da tətbiq olunacaq? - VACİB AÇIQLAMA
Paşinyan Rusiyaya getdi
Sabirabadda güllələnmiş kişi meyiti tapıldı