Elçin Əliyev Bakıdakı tarixi abidənin sökülməsinin qarşısını almağa çağırır - FOTOLAR

Elçin Əliyev Bakıdakı tarixi abidənin sökülməsinin qarşısını almağa çağırır - FOTOLAR Elçin Əliyev Bakıdakı tarixi abidənin sökülməsinin qarşısını almağa çağırır - FOTOLAR
Azərbaycanın tanınmış şəhərsalma mütəxəssisi, memar, sənətşünaslıq doktoru, professor Elçin Əliyev "Facebook"da ölkə rəhbərliyinə müraciət edərək, tarixi abidənin sökülməsi və yerində yeni bir bina tikilməsi məsələsinə təcili müdaxilə etməyə çağıran yazı yayımlayıb.
Elçin Əliyev Bakıdakı tarixi abidənin sökülməsinin qarşısını almağa çağırır - FOTOLAR Söhbət XX əsrin əvvəllərində Bakının Səbail rayonunda inşa edilən keçmiş Dəniz Zabitləri Məclisinin malikanəsindən gedir.
Elçin Əliyev Bakıdakı tarixi abidənin sökülməsinin qarşısını almağa çağırır - FOTOLAR O, tanıdığı daşınmaz əmlak agentindən Bayılda yeni bir bina üçün torpaq sahəsinin satıldığını öyrənib. Həmin ərazinin tarixi bina ilə bir yerdə satıldığını biləndə isə eşitdiklərinə inanmayıb. O, bu tarixi binanın çoxdandır ki, sökülməsinin nəzərdə tutulduğunu da öyrənib.
Tanınmış memar keçmiş Dəniz Zabitlər Məclisinin malikanəsinin 1902-ci ildə tikildiyini, ölkənin Müdafiə Nazirliyinin tabeliyində olduğunu və son vaxtlara qədər Azərbaycan Dəniz Donanmasının Zabitlər Evi olduğunu xatırladıb.
"Dəbdəbəli sərt fasadlı bu tarixi binada palıd parket döşəmələr, tökmə sürahili pilləkənlər, divar və tavanlarda çoxsaylı rəsmləri olan iclas otaqları və Çar Donanması zabitlərinin kitabxanası yerləşib, sinematoqraf işləyib. Dəniz Məclisi Bayıl burnunda yerləşən mədəniyyət mərkəzi idi, Sularda Xilasetmə Cəmiyyəti orada yerləşirdi və dövlət müşaviri vəzifəsini icra edən Hacı Zeynalabdin Tağıyevin rəhbərliyi ilə iclaslar keçirilirdi. Binada 1902-ci ildə komitə üzvləri Əli Abbas Dadaşov, Yusif Dadaşov, Musa Nağıyev, Aleksandr İvanoviç Benkendorf və digər tanınmış sahibkarlar olan Bakı Yaxt Klubunun ilk iclası keçirilib. Sovet dövründə bura artıq Qırmızı Bayraqlı Xəzər Donanmasının Zabitlər Evi idi. Burada müxtəlif dərnəklər yerləşib, kitabxana işinə davam edib, müxtəlif tədbirlər və bayramlar keçirilib, rəqslər, tamaşalar oynanılıb, filmlər nümayiş etdirilib, məşhur sovet filmləri çəkilib".
Elçin Əliyev Bakıdakı tarixi abidənin sökülməsinin qarşısını almağa çağırır - FOTOLAR Elçin Əliyev Bakıdakı tarixi abidənin sökülməsinin qarşısını almağa çağırır - FOTOLAR Elçin Əliyev Bakıdakı tarixi abidənin sökülməsinin qarşısını almağa çağırır - FOTOLAR Elçin Əliyev Bakıdakı tarixi abidənin sökülməsinin qarşısını almağa çağırır - FOTOLAR Elçin Əliyev Bakıdakı tarixi abidənin sökülməsinin qarşısını almağa çağırır - FOTOLAR Elçin Əliyev Bakıdakı tarixi abidənin sökülməsinin qarşısını almağa çağırır - FOTOLAR Elçin Əliyev Bakıdakı tarixi abidənin sökülməsinin qarşısını almağa çağırır - FOTOLAR Elçin Əliyev Bakıdakı tarixi abidənin sökülməsinin qarşısını almağa çağırır - FOTOLAR Professor E.Əliyev bundan sonra tarixi yaddaşa hörmətsizlikdən və indiki nəslin tamahkarlığından şikayətlənib.
"Təəssüf ki, bina sahibləri tamamilə fərqli dəyərlərə malikdirlər: Adil Quliyev, Aydın Nəsirov küçələrinin və tanınmış memar Mikayıl Hüseynov prospektinin kəsişməsində (təəssüf ki…) strateji cəhətdən əlverişli sahədə yerləşən bina inkişaf etməkdə olan yeni şəhər mərkəzində qazanc gətirən tikinti sahəsidir, hansı ki, bunun üçün hətta milli memarlıq abidəsini də qurban vermək olar…"
Elçin Əliyev Bakıdakı tarixi abidənin sökülməsinin qarşısını almağa çağırır - FOTOLAR "Sahə satılırsa, çox güman ki, yeni tikinti üçün icazə də var. Görəsən nə vaxt və kim tərəfindən verilib? Şəhərsalma və Memarlıq Komitəsinin rəhbərliyi baş verənlərdən xəbərdardırmı? Mədəniyyət Nazirliyinin yeni rəhbərliyi baş verənlərdən xəbərdardırmı? Əks təqdirdə belə çıxır ki, yeni təyin olunmuş vəzifəli şəxslərin tarixi irsə münasibətinin dəyişəcəyinə boş yerə ümid bəsləmişik?
Elçin Əliyev Bakıdakı tarixi abidənin sökülməsinin qarşısını almağa çağırır - FOTOLAR Prinsipiallıq nümayiş etdirməyin və tarixi binanı qorumağın vacib olduğu ilk halda qüdrətli inşaatçıların kommersiya maraqları yenidən üstün gəldi?!
Üstəlik, son illərdə ölkədə Prezident və Birinci vitse-prezidentin səyləri sayəsində bir dənə belə əhəmiyyətli memarlıq abidəsi sökülməyib, profilli rəhbərlik və ictimaiyyət arasında belə bir konsensusa gəlinib ki, 2001-ci ilin avqustunda rəsmi şəkildə dövlət tərəfindən qorunan memarlıq abidələrinin siyahısı tam deyil, yenidən baxılmasına və əlavələrə ehtiyac var".
O, həmçinin tarixi malikanənin təcili olaraq "binanı ən qısa müddətdə sökmək istəyən məmurların və bu maraqlara lobbiçilik edən qəyyumların kommersiya planlarına zidd olaraq" dövlət tərəfindən qorunan memarlıq abidələri siyahısına daxil edilməsinin vacibliyini də vurğuladı.
Elçin Əliyev Bakıdakı tarixi abidənin sökülməsinin qarşısını almağa çağırır - FOTOLAR Elçin Əliyev Bakıdakı tarixi abidənin sökülməsinin qarşısını almağa çağırır - FOTOLAR "Hələlik isə klassisizm dövrünün Bakı memarlığının ecazkar dəlillərindən olan, dəbdəbəli antik əl işi şkaflar, foyedəki antik güzgülər, qiymətsiz və əvəzolunmaz kitablar, XIX əsrin ortalarına aid çoxsaylı əşyalar da daxil olmaqla, bütün mebellər çıxarılıb... Onlar indi haradadır? Kimdədir? Memarlıq abidəsi tez və sürətlə satışa, ardınca isə sökülməyə hazırlanır...", - deyə E.Əliyev fikirlərini yekunlaşdırıb.

Sosial       Tarix: 09 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Sabahın havası açıqlanıb

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gözlənilən hava. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitini

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir. xəbər verir ki, diplomatlar səfər çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar. Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda akkredit

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək


azerbaycan xeberleri yeni xeberler son xeberler şou biznes xəbərləri valyuta mezennesi ensonxeberler metbuat