Elektrik və qaz təchizatı şəbəkələrində 431 araşdırma aparılıb

Elektrik və qaz təchizatı şəbəkələrində 431 araşdırma aparılıb2020-ci ilin I yarısında Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən büdcədən maliyyələşən istehlakçılarda elektrik qurğularının texniki istismar, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasının və elektrik enerjisindən istifadənin vəziyyəti ilə bağlı 219 sayda, büdcədən maliyyələşən müəssisələrdə qazdan səmərəli istifadənin, "Qazdan istifadə Qaydaları"nın və qaz qurğularının etibarlı istismarının təmin edilməsinin, həmçinin, müvafiq sahəyə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə 212 sayda olmaqla 431 sayda texniki yoxlama aparılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, yoxlamalar zamanı aşkar edilmiş pozuntularla əlaqədar cavabdeh şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında protokollar tərtib olunub və pozuntuların aradan qaldırılması üçün icrası məcburi olan göstərişlər verilib.
Elektrik enerjisi təchizatı sahəsində yeni, yaxud yenidən qurulan, həmçinin enerji təchizat sxemini dəyişən 98 tikinti obyektinin xarici elektrik qurğularına istismara buraxılış aktı verilib, müxtəlif tikinti obyektinin elektrik enerjisi ilə təmin edilməsinə dair 121 sayda elektrik qurğularının layihə sənədləri ekspertiza olunaraq razılaşdırılıb, 43 sayda layihə sənədlərində isə aşkar olunmuş çatışmazlıq səbəbindən razılaşdırılmasından imtina edilib.
Hesabat dövründə təbii qaz istehlakçılarının təqdim etdikləri 271 sayda razılaşdırılmış layihəyə uyğun olaraq, tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. 1688 sayda tikinti obyektlərinin qaz təchizatı üçün hazırlanmış layihə sənədləri ekspertiza olunaraq razılaşdırılıb, 38 sayda layihə sənədlərində isə aşkar olunmuş çatışmazlıq səbəbindən razılaşdırılmasından imtina olunub.
Agentlik tərəfindən aparılmış araşdırmalar nəticəsində ümumilikdə 10 obyektin elektrik qurğu və avadanlıqları "Elektrik enerjisindən istifadə Qaydaları"nın, 3 obyektin isə qaz qurğularının "Qazdan istifadə Qaydaları"nın tələbləri pozulmaqla texniki sənədləşdirmə aparılmadan elektrik enerjisi və qazpaylayıcı şəbəkələrinə qoşulduğu aşkar edilib. Bununla bağlı enerji təchizatı müəssisələrinə və qazpaylayıcılara göstərişlər verilib və müvafiq tədbirlər görülməklə obyektlərin sənədləşməsi təmin olunub.
Bu dövrdə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə Agentliyin filialları tərəfindən ümumilikdə 115 sayda inzibati xəta haqqında protokol tərtib edilib.
"Azərenerji" və "Azərişıq" ASC-nin nümayəndələrinin iştirakı ilə 23 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib, cərəyan transformatorlarının sxemləri və əmsalları yoxlanılaraq möhürlənib və sayğacların kompüterlə oxunması həyata keçirilib.
İstehlakçıların müraciəti əsasında hesabat dövrü ərzində 61 müəssisədə 290 nəfər olmaqla elektrik təsərrüfatlarına cavabdeh şəxslərin və təhlükəsizlik texnikası üzrə mühəndislərin əməyin mühafizəsi norma və qaydaları, texniki istismar, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə Agentlik tərəfindən təkliflər verilib və bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 09 iyul 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy


azerbaycan xeberleri son xeberler yeni xeberler xabarlar valyuta mezennesi hava kriminal xeber