Əli Əsədov Azərbaycanın Belarusdakı səfirliyinə baş çəkib
Baş nazir Əli Əsədov Belarusdakı Azərbaycan səfirliyində olub, diplomatlar qarşısında çıxış edərək ikitərəfli münasibətlərin inkişafı üzrə əsas vəzifə və istiqamətləri qeyd edib.
azxeber.com xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.
Səfirliyin müşaviri Mahir Hacıyev bildirib ki, Ə.Əsədov görüşdə iki ölkə arasında münasibətlərin səviyyəsindən danışıb.
"Bizim əsas vəzifəmiz iqtisadi əlaqələri inkişaf etdirməkdir. Səfər zamanı iqtisadi sektoru da əhatə edən bir sıra sənədlərin imzalanması planlaşdırılır", - o vurğulayıb.
Onun sözlərinə görə, Belarus və Azərbaycan arasında perspektiv inkişaf istiqamətləri kənd təsərrüfatı, həmçinin müxtəlif sahələrdə istehsalın yaradılmasıdır.
"Səfər proqramı genişdir, buraya liftlərin, gübrələrin və s. birgə istehsalı məsələlərinin nəzərdən keçirilməsi daxildir", - müşavir bildirib.

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb